main-post-cover

    Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    07.10.2021
    Farid Pardashunas
        Microsoft şirkəti dəfələrlə öz əməliyyat sisteminin müxtəlif təkmilləşdirilmiş versiyalarına qarşı çıxıb. Həmin təkmilləşdirilmiş versiyalar əsasən müəyyən funksiyalar ilə məhdudiyyətlərdən yan keçmək üçün lazım olurdu. Lakin bir neçə müddət bundan öncə Microsoft-un saytında Windows 11-i dəstəkləməyən kompüterlər üçün yeni əməliyyat sisteminin hacker üsulu vasitəsilə quraşdırılması üzrə təlimat ortaya çıxdı.
        Həmin təlimata əsasən kompüterin TPM 2.0 moduluna sahib olub-olmadığını və prosessorunun yeni əməliyyat sistemini dəstəkləyib-dəstəkləmədiyini yoxlamaq üçün nəzərdə tutulmuş prosesdən asanlıqla yan keçmək olar. Bunun üçün ilk növbədə reestr redaktorunu işə almaq lazımdır. Reestr redaktorunu işə salmaq üçün birinci Win+R kombinasiyasını yığmaq və açılmış sistem menyusu sətrində regedit əmrini daxil etməklə Enter düyməsinə klikləmək lazımdır.
        Daha sonra açılacaq menyuda KEY_LOCAL_MACHINESYSTEMSetupMoSetup qovluğunu tapmaq və AllowUpgradesWithUnsupportedTPMOrCPU adlı DWORD parametrini yaratmaq lazımdır. Həmin parametr üçün isə 1 nişanını təyin etmək lazımdır. Microsoft bildirib ki, reestrə düzgün olmayan nişanların daxil edildikləri halda sistemdə kritik nasazlıqlar baş verə bilər.
        Sadalanmış bu prosesləri yerinə yetirdikdən sonra Windows 11-i kompüterə quraşdırmaq olar. Lakin bir şərtlə ki, kompüter ən azından TPM 1.2 modulu ilə təchiz olunmuş olsun. Hələ bir neçə müddət bundan öncə Microsoft bildirmişdi ki, yeni əməliyyat sistemini ISO formatının yüklənməsi üsulu ilə quraşdırılması nəticəsində onun üçün yenilənmələr təqdim olunmayacaq. Lakin həmin bəyanat şirkətin rəsmi saytından yoxa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər