Microsoft Defender-in Android və macOS versiyaları istifadəyə veriləcək

Microsoft Defender-in Android və macOS versiyaları istifadəyə veriləcək

Əməliyyat sistemləri
17.01.2022 PAYLAŞIM

    Microsoft şirkəti təkcə Windows üçün proqram təminatının hazırlanması ilə məşğul olmur. Belə ki, şirkət öz məhsullarının digər platformalar üçün nəzərdə tutulmuş versiyalarını da hazırlayır. Ortaya çıxmış yeni məlumata əsasən Microsoft yaxın zamanda öz Defender adlı antivirus tətbiqini Android macOS üçün də istifadəyə verəcək. İtaliyanın Aggiornamenti Lumia adlı saytı tərəfindən təqdim edilmiş reklam fotosunda olan məlumata əsasən yaxın zamanda Android və macOS əsasında çalışan cihazlar Defender antivirus tətbiqinin dəstəyini əldə edəcəklər. Bundan əlavə olaraq təqdim edilmiş fotoda tətbiqin veb qorunma funksiyasına sahib olacağı da qeyd edilib.


    Çox güman ki, söhbət, veb səhifələrin və ya internetdən yüklənən faylların skan prosesləri üçün nəzərdə tutulmuş Smart Screen funksiyasından və ya onun analoqundan gedir. Qeyd etmək lazımdır ki, bu, Microsoft şirkətinin Android üçün hazırladığı ilk məhsulu deyil. Belə ki, Microsoft-un Bing axtarış sistemi, Edge brauzeri, Office tətbiqlər paketi və korporativ Teams messenceri də Android üçün mövcuddur. Bundan əlavə olaraq artıq uzun müddətdir ki, Office tətbiqlər paketi macOS üçün istifadəyə verilib. Microsoft Defendir-in Android və macOS versiyalarının nə zaman istifadəyə veriləcəyi və hansı üsul ilə yayılacaqları barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11-ə kimi yenilənmə imkanı artıq qlobal şəkildə istifadəyə verilib..

Microsoft şirkəti Windows 11 yenilənməsinin qlobal şəkildə işə salındığını elan edib.


Apple öz cihazlarının fiziki məhdudiyyətli istifadəçiləri üçün yeni faydalı funk..

Apple şirkəti iPhone, iPad və Watch modelləri üçün genişləndirilmiş yeni funksiyaları anons edib...


iOS 16-nı əldə edəcək iPhone modellərinin siyahısı internetdə ortaya çıxıb..

Apple şirkətinin təqdimata hazırlaşan iOS 16 əməliyyat sistemini əldə edəcək iPhone modellərinin siy..


Android 13-ün ikinci ictimai beta versiyası istifadəyə verilib: Hansı yeniliklər..

Google şirkəti Android 13 əməliyyat sisteminin ikinci ictimai beta versiyasını istifadəyə verib. ..


Windows 11-i rəsmi Microsoft hesabı olmadan istifadə etmək mümkün olmayacaq..

Microsoft öz yeni əməliyyat sistemi olan Windows 11-ə tədricən müəyyən məhdudiyyətləri əlavə edir...


Google Chrome-un Android versiyası oğurlanmış şifrələri avtomatik dəyişmə funksi..

Məşhur Google Chrome brauzerinin mobil versiyası öz yaddaşında istifadəçinin bu və ya digər şifrəsin..

×