main-post-cover

    Microsoft Defender antivirus tətbiqi yeni faydalı funksiyanı əldə edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.08.2022
    Farid Pardashunas
        Microsoft şirkəti Windows 11 üçün növbəti yenilənmənin təqdim edildiyini elan edib. Təqdim edilmiş yenilənmə Windows 11-in təhlükəsizlik sisteminin gücləndirilməsi üçün nəzərdə tutulub. Söhbət, Defender antvirus tətbiqinin imkanlarının genişləndirilməsindən gedir. Belə ki, istifadəyə verilmiş yenilənmə sayəsində sözügedən antivirus tətbiqi kibertəhlükəsizlik sahəsində aktual olan müasir təhlükələrdən biri ilə effektiv şəkildə mübarizə aparmağı öyrənib. Antivirusun yeni imkanları barəsində məlumatları şirkət öz rəsmi bloqunda verib. Defender-in əsas yeni funksiyası istifadəçilərdən müəyyən vəsaitdə ödənişlər tələb edən zərərli proqram təminatlarından (ransomware) qorumaqdır.
        Bu cür proqram təminatları istifadəçinin kompüter sisteminə keçidini bloklayır və kompüterdə olan faylları şifrələyir. Nəticədə hər şeyi bərpa etmək üçün onlar istifadəçidən müəyyən vəsaitdə ödənişin edilməsini tələb edirlər. Microsoft şirkətinin verdiyi məlumata əsasən o, Defender-in bu cür proqram təminatlarını aşkar edərək bloklamaq özəlliyini daha da təkmilləşdrib. Defender-in yeni imkanlarından artıq Windows Insider proqramının istifadəçiləri yararlana bilərlər. Müəyyən müddətdən sonra isə sözügedən funksiya bütün istifadəçilər üçün aktiv olacaq. Bundan əlavə olaraq Microsoft tərəfindən təqdim edilmiş əməliyyat sistemi yenilənməsi Windows-un çalışma prosesində olmuş bəzi səhvləri aradan qaldırıb və əməliyyat sisteminin funksionallığını yaxşılaşdırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər