main-post-cover

    Məşhur insayder iOS-in adının dəyişəcəyini təsdiqləyib (VİDEO)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.06.2020
    Farid Pardashunas
        Apple şirkəti bugün online formatda WWDC 2020 tədbirini keçirdəcək. Həmin tədbir çərçivəsində şirkət öz əməliyyat sistemlərinin yeni versiyalarını təqdim etməlidir. Təbii ki, hamının ən çox gözlədiyi yeni iOS versiyasıdır. Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti öz mobil əməliyyat sisteminin adını dəyişəcək. İndi isə məşhur insayder Max Weinbach, əməliyyat sisteminin rebrendinqi barəsində olan məlumatı təsdiqləyib. Bu barədə 4pda saytı xəbər verib. İnsayder öz Twitter hesabında Apple şirkətinin tərzində reallaşdırılmış qısa video təqdim edib və həmin videoda iOS-in yeni adı əks olunub.
    Apple iPhoneOS
        Beləliklə məlumat sızıntısına əsasən iOS bundan sonra iPhoneOS adlanacaq. Qeyd etmək lazımdır ki, 2007-ci ildə birinci iPhone modeli təqdim olunan zaman iOS əməliyyat sistemi məhz iPhoneOS adı altında təqdim olunmuşdu. Bununla yanaşı Onu da qeyd etmək lazımdır ki, bugünki WWDC 2020 tədbirində böyük ehtimal ilə yalnız proqram təminatını əhatə edəcək yeniliklər sərgilənəcək. Başqa sözlə desək, yeni iMac, AirPods Studio və s. kimi məhsulların təqdim olunacaqlarını gözləmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər