Məşhur insayder iOS-in adının dəyişəcəyini təsdiqləyib (VİDEO)
Proqram Təminatı
Əməliyyat sistemləri
22.06.2020
Farid Pardashunas
Apple şirkəti bugün online formatda WWDC 2020 tədbirini keçirdəcək. Həmin tədbir çərçivəsində şirkət öz əməliyyat sistemlərinin yeni versiyalarını təqdim etməlidir. Təbii ki, hamının ən çox gözlədiyi yeni iOS versiyasıdır. Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti öz mobil əməliyyat sisteminin adını dəyişəcək. İndi isə məşhur insayder Max Weinbach, əməliyyat sisteminin rebrendinqi barəsində olan məlumatı təsdiqləyib. Bu barədə 4pda saytı xəbər verib. İnsayder öz Twitter hesabında Apple şirkətinin tərzində reallaşdırılmış qısa video təqdim edib və həmin videoda iOS-in yeni adı əks olunub.
Beləliklə məlumat sızıntısına əsasən iOS bundan sonra iPhoneOS adlanacaq. Qeyd etmək lazımdır ki, 2007-ci ildə birinci iPhone modeli təqdim olunan zaman iOS əməliyyat sistemi məhz iPhoneOS adı altında təqdim olunmuşdu. Bununla yanaşı Onu da qeyd etmək lazımdır ki, bugünki WWDC 2020 tədbirində böyük ehtimal ilə yalnız proqram təminatını əhatə edəcək yeniliklər sərgilənəcək. Başqa sözlə desək, yeni iMac, AirPods Studio və s. kimi məhsulların təqdim olunacaqlarını gözləmək lazım deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ