main-post-cover

    macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    08.06.2021
    Farid Pardashunas
        Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sisteminin yeni versiyası olan macOS Monterey-i də təqdim edib. Desktop əməliyyat sisteminin yeni versiyası bir sıra yeni özəlliklər əldə edib. Onların arasında Universal Control adlı rejim, Safari brauzerinin redizaynı və iOS 15-də dəstəklənən SharePlay ilə Screen Sharing funksiyaları var. Universal Control rejimini əldə etmiş Continuity servisinin yenilənmiş funksionallığı Apple şirkətinin bir neçə cihazını vahid ekosistemə daha sıx inteqrasiya etməyə imkan verir. Funksiyanın əsas ideyası ondan ibarətdir ki, bir mouse işarəsini həm MacBook-da həm də iPad-də istifadə etmək mümkün olsun.
        Başqa sözlə desək, planşeti həm əlavə monitor kimi həm də əlavə iş mühiti kimi istifadə etmək mümkündür. Maraqlısı ondadır ki, bu yeni funksiya eyni anda bir neçə cihazda çalışır. Buna misal olaraq iPad, MacBook və iMac kombinasiyasını gətirmək olar. Bu halda bu cihazlar üçün fayl mübadiləsi üzrə ümumi bufer aktiv olacaq və bir faylı bu müxtəlif cihazlar arasında daşımaq imkanı təqdim olunacaq. Bu halda bir cihaz avtomatik şəkildə faylın hansı cihazdan göndərildiyini təyin edə biləcək. macOS Monterey-də AirPlay to Mac adlı yeni funksiya reallaşdırılıb. Bu funksiya vasitəsilə istifadəçi öz smartfonunda işə saldığı musiqini və ya videonu birbaşa Mac-a ötürə biləcək.
        Apple şirkəti daha öncə iOS-də reallaşdırmış olduğu Quick Actions adlı funksiyanı macOS-ə inteqrasiya edib. Beləliklə istifadəçilər öncədən qurulmuş bir ssenari vasitəsilə bir neçə sürətli əmrlər yarada bilərlər. Həmin əmrlər isə bir kliklə əməliyyat sistemində işə düşəcəklər. Bundan əlavə olaraq istifadəçilər Automotor tətbiqi vasitəsilə artıq hazır ssenariləri import edə bilərlər. Safari brauzeri də bir sıra yenilənmələrə məruz qalıb. Şirkət brauzeri elə optimizasiya edib ki, M1 prosessoruna sahib MacBook istifadəçiləri öz noutbuklarını şarj etmədən 17 saat ərzində internetdən istifadə edə bilərlər.
        Bununla yanaşı brauzerin qovluqlarının dizaynı dəyişilib və “Groups” adlı bölmə əlavə edilib. Bu bölmə çoxlu sayda veb səhifənin istifadə edildiyi zaman naviqasiya prosesini sadələşdirir. Şirkət həmçinin brauzerin kənar menyusunu yeniləyib və ora qovluqlar qrupunun təkrar istifadəsi imkanını yerləşdirib. Bununla belə qovluqlardan ibarət həmin qruplar bir Apple ID vasitəsilə çalışan digər Apple cihazları ilə sinxronlaşırlar. Sonunda Safari üçün olan genişləndirmələr (extensions) macOS ilə yanaşı həmçinin iOS-də də dəstəklənirlər. macOS Monterey iOS 15-də təqdim olunmuş bir çox funksiyaları dəstəkləyir. Desktop əməliyyat sisteminin ictimai beta versiyası gələn ay təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər