
Xiaomi şirkəti MIUI 15 istifadəçi interfeysini anons etsə də, onu hələ təqdim etməyib. Lakin bununla belə yeni istifadəçi interfeysini əldə edəcək cihazların qeyri-rəsmi siyahısı artıq internetdə ortaya çıxıb. Siyahıya əsasən ənənə üzrə şirkət əsas prioriteti flaqman və nisbətən yeni cihazlara verəcək. Beləliklə MIUI 15-i əldə edəcək smartfonların qeyri-rəsmi siyahısı aşağıdakı kimidir.
- Xiaomi 13, 13 Pro, 13 Ultra
- Xiaomi 12, 12S, 12 Pro, 12T
- Xiaomi 11, 11T
- Xiaomi CIVI 3
- Xiaomi MIX Fold 3
- Redmi Note 12 4G, Note 12 4G NFC, Note 12R, Note 12 Pro 5G
- Redmi Note 11 5G
- Redmi 10 5G
- Redmi K50, K50 Gaming Edition
- Redmi K60 Ultra
- POCO F4 GT
- POCO F5, F5 Pro
- POCO X5 5G, X5 Pro 5G
-Xiaomi Pad 6, Pad 6 Pro
- Redmi Pad, Pad SE.
Qeyd etmək lazımdır ki, MIUI 15-in Xiaomi 14 smartfon seriyası ilə birlikdə təqdim olunacağı gözlənilir.