MIUI 14-ün yeni fotoları ortaya çıxıb

MIUI 14-ün yeni fotoları ortaya çıxıb

Əməliyyat sistemləri
23.11.2022 PAYLAŞIM

    Keçən həftə Xiaomi şirkəti MIUI 14 istifadəçi interfeysini anons etmişdi. İndi isə internetdə sözügedən interfeysi əldə etmiş Xiaomi 12S Pro-nun fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun “About Phone” menyusu əks olunub. Həmin menyudan da görmək olar ki, smartfon MIUI 14 istifadəçi interfeysinə sahibdir. Bununla belə qeyd etmək lazımdır ki, MIUI 14-də “About Phone” menyusu MIUI 13-dəkindən daha fərqli görünür. Məsələn smartfonun hansı MIUI versiyasına sahib olduğu barəsində məlumatı əks etdirən pəncərə ekranın bütün genişliyini əhatə edir. Smartfonun daxili yaddaş həcminin nə qədər hissəsinin dolduğu isə sadə şkala şəklində əks olunub. Çox güman ki, MIUI 14-də sistem üzrə bir çox vizual dəyişikliklər olacaq. Yeni istifadəçi interfeysini anons edən zaman şirkət bildirmişdi ki, tərtibatçıların əsas məqsədləri yügül və axıcı MIUI versiyasını təqdim etməkdir. MIUI 14-ün bu ayın sonuna kimi təqdim ediləcəyi gözlənilir.




DAHA ÇOX


Microsoft Windows 12-nin veb versiyası üzərində çalışır

Microsoft şirkətinə yaxın olan mənbələrin verdikləri məlumata əsasən Microsoft Windows 12 əməliyyat ..


Samsung Galaxy A53 üçün OneUI 6-nın beta versiyası istifadəyə verilib

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin test proqramını genişləndirib...


Samsung Galaxy S23 smartfonları üçün OneUI 6-nın 5-ci beta versiyası istifadəyə ..

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini aktual flaqman smartfonlarında t..


Paint-ə süni zəka vasitəsilə fotoların tərtib edilməsi funksiyası əlavə edilib..

Microsoft şirkəti bir neçə gün bundan öncə Windows 11 üçün Windows 11 2023 Update yenilənməsini isti..


MacOS Sonoma əməliyyat sisteminin stabil versiyası istifadəyə verilib

4 ay ərzində olmuş test mərhələsindən sonra Apple şirkəti macOS Sonoma əməliyyat sisteminin stabil v..


Xiaomi 6 smartfonu üçün yeni MIUI versiyalarının hazırlanmasını dayandırıb..

Xiaomi şirkəti 6 ədəd smartfon modeli üçün MIUI-nin yeni versiyalarının hazırlanmasını dayandırdığın..

×