main-post-cover

    MIUI 14-ün ilk fotosu və onu əldə edəcək smartfonların ilkin siyahısı ortaya çıxıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.11.2022
    Farid Pardashunas
        Bu ayın sonuna kimi təqdim olunması gözlənilən yeni MIUI 14 istifadəçi interfeysinin ilk fotoları və onu əldə edəcək smartfonların ilkin siyahısı ortaya çıxıb. Ortaya çıxmış ilkin siyahıda Xiaomi 12S, Xiaomi 12, Xiaomi Mi 11, Redmi K40, K50, K60, Redmi Note 11, Note 12 kimi smartfon seriyaları və digər smartfonlar daxildir. Verilmiş məlumata əsasən MIUI 14-də sadə desktop rejimi istifadəyə veriləcək, idarəetmə mərkəzində bəzi dəyişikliklər olacaq. Bununla yanaşı telefon danışıqlarının yazılması üçün nəzərdə tutulmuş tətbiqin, kompasın və kalkulyatorun da dəyişəcəyi gözlənilir. Bununla yanaşı interfeysin sistemində mövcud olan standart tətbiqlərin çoxunu silmək imkanı reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, Xiaomi öz yeni istifadəçi interfeysini hələ bir neçə müddət bundan öncə anons etmişdi. Şirkət bildirib ki, onun əsas məqsədi axıcı və yüngül istifadəçi interfeysini təqdim etməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər