main-post-cover

    MIUI 14 barəsində bəzi yeni məlumatlar təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    29.11.2022
    Emil Nəcəfov
        1 dekabr tarixində Xiaomi 13 flaqman smartfonu ilə eyni tədbir çərçivəsində təqdim edilməsi gözlənilən MIUI 14 istifadəçi interfeysi barəsində yeni məlumatlar verilib. Məlumatda qeyd edilib ki, tərtibatçıların yeni istifadəçi interfeysini Project Blade kod adı ilə adlandırmaları heç də təsadüfi deyil. Xiaomi-nin sözlərinə əsasən tərtibatçılar MIUI 14-dən artıq olan hər bir şeyi çıxartmağa çalışıblar. İlk öncə qeyd edilib ki, yeni istifadəçi interfeysinin həcmi daha aşağıdır.
        Məlumata əsasən proqram təminatı faylının həcmi MIUI 13 ilə müqayisədə 23% daha aşağıdır. Bu isə öz növbəsində MIUI 14-ün daha sürətlə yüklənəcəyi deməkdir. Bundan əlavə olaraq operativ yaddaşın (RAM) idarəsi sistemi daha effektiv şəkildə çalışacaq. Bunun sayəsində daha çox RAM yaddaşını əldə etmək mümkün olacaq. Həmçinin məlumatda qeyd edilib ki, istifadəçilər MIUI 14-də 8 əsas sistem tətbiqi istisna olmaqla istənilən digər tətbiqləri silə biləcəklər. Son məlumatlara əsasən Xiaomi həmçinin MIUI 14-də reklam elanlarını aradan qaldırmağı nəzərdə tutub.
    Linki kopyala