main-post-cover

    MIUI 12-yə Android və iOS-də olan faydalı funksiya əlavə ediləcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    28.07.2020
    Emil Nəcəfov
        İstifadəçi interfeyslərinin yeni versiyalarının hazırlanması zamanı şirkətlər çox zaman öz rəqiblərində olan maraqlı funksiyalara diqqət yetirirlər. Bu məsələdə Android iOS fikir vermək olar. İldən-ilə bu əməliyyat sistemləri bir-birilərinə bənzəyirlər. Xiaomi şirkəti də geridə qalmamaq üçün iOS və Android-də reallaşdırılmış faydalı funksiyanı MIUI 12 istifadəçi interfeysinə inteqrasiya etmək qərarına gəlib. Bu barədə XDA-Developers saytı xəbər verib.
        XDA-Developers tərtibatçıları MIUI 12-nin son beta versiyalarında smartfonun arxa panelinə klikləməklə onunla qarşılıqlı əlaqədə olmaq imkanını verən funksiyanı aşkar ediblər. Bu cür funksiya ilin əvvəlində Android 11 betasında və daha sonra iOS 14-də aşkar edilmişdi. Bu funksiya sayəsində istifadəçi smartfonun arxa panelinə klik edərək hansısa tətbiqi və ya smartfon funksiyasını işə sala bilər.
        MIUI 12-də bu funksiya iOS 14-dəki kimi çalşacaq. Belə ki, smartfonun arxa panelinə həm iki həm də 3 kliklə müəyyən əməliyyatı yerinə yetirmək mümkün olacaq. Ediləcək kliklərə kameranın işə salınmasını, işıqlandırma sisteminin aktivləşdirilməsini, idarəetmə mərkəzinin və ya bildirişlərin ortaya çıxmasını və screenshot-un yaradılmasını ayarlamaq olar. Bu yeni funksiyanın MIUI 12-yə nə zaman inteqrasiya olunacağı bilinmir.
    Linki kopyala