main-post-cover

    Köhnə Xiaomi və Redmi smartfonları MIUI 14-ün bəzi funksiyalarından məhrum olacaqlar

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    13.12.2022
    Farid Pardashunas
        Keçən həftənin sonunda Xiaomi şirkəti yeni istifadəçi interfeysi olan MIUI 14-ü təqdim etmişdi. İndi isə məlum olub ki, köhnə Xiaomi və Redmi smartfonlarının istifadəçiləri sözügedən yeni istifadəçi interfeysinin yeni funksiyalarının yalnız müəyyən hissəsindən istifadə edə biləcəklər. Belə ki, funksiyaların hamısı köhnə smartfonların texniki özəllikləri ilə uyğunlaşmır. MIUI 14-ün sistem tələbləri barəsində məlumatları China Mobile adlı mobil operator təqdim edib. Məlumatda qeyd edilib ki, MIUI 14-də ən çox resurs tələb edən funksiya fotolardakı mətnlərin tərcüməsini reallaşdıran funksiyadır.
        Belə ki, onun çalışması üçün smartfon minimum Qualcomm-un 7-ci və ya 8-ci seriyalı Snapdragon prosessoru, MediaTek Helio G80 və ya ondan sonrakı prosessor modellərindən biri ilə təchiz olunmalıdır. MIUI 14 əsasında daha az həcmli və daha az resurs tələb edən tətbiqlərin yaradılması imkanı yalnız Snapdragon 8 gen 1, 8 Plus Gen 18 Gen 2 prosessorlarından birinə sahib smartfonlarda aktiv olacaq. Beləliklə Xiaomi Mi 10 smartfon seriyasının smartfonları bu yeni imkanı dəstəkləməyəcəklər.
        Maraqlısı ondadır ki, sistem tətbiqlərinin silinməsi özəlliyi həmçinin bu ilin oktyabr ayından sonra təqdim edilmiş smartfonlarda çalışacaq. Söhbət, hələ ki, Xiaomi 13 Xiaomi 13 Pro modellərindən gedir. Ola bilər ki, müəyyən müddətdən sonra Xiaomi şirkəti MIUI 14-ün funksiyalarını təkmilləşdirsin və nəticədə onların resurs tələbatlarını aşağı salsın. Qeyd etmək lazımdır ki, hal hazırda MIUI 14-ün beta versiyası Xiaomi-nin 29 smartfonunda aktivdir. Onların arasında Xiaomi 12, Xiaomi Mi 11, Xiaomi Civi, Redmi K50, Redmi K40, Redmi Note 11 və s. smatfonlar var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər