main-post-cover

    Köhnə Android versiyaları yeni təhlükəsizlik funksiyasını əldə ediblər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    31.03.2022
    Farid Pardashunas
        Bir qayda olaraq yeni funksiyalar əməliyyat sisteminin son versiyalarına sahib aktual smartfonlar üçün təqdim olunur. Lakin bu məsələdə bəzi istisnalar da olur. Bir neçə müddət bundan öncə Google şirkəti Android 6-dan başlayaraq köhnə əməliyyat sisteminə sahib smartfonlar üçün təhlükəsizlik sisteminin imkanlarını genişləndirmişdi. İstifadəçilər tez-tez öz cihazlarına çoxlu sayda tətbiq quraşdırırlar və onlardan çoxunu yalnız bəzi hallarda istifadə edirlər. Bəzən isə həmin tətbiqlərdən çoxu ümumiyyətlə istifadəçilər tərəfindən unudulur.
        Mobil tətbiqlər öz növbələrində istifadəçinin smartfonundakı kameradan, kontaktlardan və konfidensial məlumatlardan istifadə etmək icazəsinə sahib olurlar. Tətbiqlər hətta fon rejimində çalışan zaman da istifadəçinin konfidensial mlumatlarını əldə edə bilirlər. Keçən ilin payız fəslində Google şirkəti nadir hallarda istifadə edilən tətbiqlərdən bu cür icazələri avtomatik olaraq geri çəkən funksiyanı təqdim etmişdi. Həmin vaxtda sözügedən funksiya yalnız Android 11-də və daha yeni Android versiyalarında çalışırdı.
        İndi isə sözügedən funksiya Android 6-da və ondan sonra istifadəyə verilmiş Andoid versiyalarında aktivləşdirilib. Köhnəlmiş əməliyyat sistemləri üçün rəsmi yenilənmələr artıq təqdim olunmadığına görə bu funksiyanı köhnə smartfon istifadəçiləri fərdi şəkildə aktivləşdirməli olacaqlar. Bunun üçün ayarlardakı Google Play Protect servisinə daxil olmaq lazım gələcək. Nəticədə sözügedən funksiya aylarla istifadə edilməyən tətbiqlərdən konfidensial məlumatların yığılma icazəsini geri götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər