main-post-cover

    Köhnə Android versiyaları daha təhlükəsiz olacaqlar

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    20.09.2021
    Farid Pardashunas
        İstifadəçilərin konfidensial məlumatlarının qorunması üçün Android 11-də xüsusi funksiya istifadəyə verilmişdi. Həmin funksiya uzun müddət ərzində istifadə edilməyən tətbiqlər üçün məlumatların yığılması özəlliyini avtomatik deaktiv edir. İndi isə Google bu funksiyanı daha köhnə Android versiyaları vasitəsilə çalışan smartfonlar üçün reallaşdırmaq istəyir. Əgər istifadəçi hansısa tətbiqə minimum 3 ay ərzində daxil olmursa, Android 11 əməliyyat sistemi həmin tətbiq üçün məlumatların yığılması özəlliyini avtomatik olaraq deaktiv edir.
        Söhbət, istifadəçinin daha öncədən bu və ya digər tətbiqə məlumatların yığılması üçün verdiyi icazənin aradan qaldırılmasından gedir. Bu üsul ilə təhlükəsizlik səviyyəsi yüksəlir və potensial enerji sərfiyyatı aşağı düşür. Lakin əsas problem ondan ibarətdir ki, smartfonların çox hissəsi köhnə Android versiyaları ilə çalışırlar. Buna görə də Google məlumatların yığılması üçün verilmiş icazənin avtomatik aradan qaldırılması funksiyasını Android 6.0 Marshmallow vasitəsilə çalışan köhnə smartfon və planşetlərdə istifadəyə verməyi qərara alıb.
        Sözügedən funksiyanın istifadəyə verilməsi prosesi Google Play servislərinin yenilənmələri vasitəsilə reallaşdırılacaq. Bu prosesə bu ilin dekabr ayında start veriləcək. Lakin bu məsələdə bəzi nüanslar var. Belə ki, bu funksiya yalnız Android 11 və daha yuxarı versiyalar üçün optimizasiya edilmiş tətbiqlərdə (API 30+ dəstəkli) çalışacaq. API 23-29 dəstəkli daha köhnə tətbiqlərdə isə istifadəçi icazənin qaldırılmasını fərdi şəkildə aktivləşdirməli olacaq. Bundan əlavə olaraq bəzi tətbiqlərdə sözügedən funksiya ümumiyyətlə çalışmayacaq. Söhbət, müxtəlif korporativ tətbiqlərdən gedir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər