main-post-cover

    İstifadəçilərin Android 11-də gözlədikləri yeni funksiya Android 12-yə əlavə edilə bilər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    25.01.2021
    Emil Nəcəfov
        Hər bir yeni Android əməliyyat sisteminin beta versiyasına yeni funksiyalar əlavə edilir. Lakin həmin funksiyaların heç də hamısı əməliyyat sisteminin final versiyasına daxil olmurlar. Android 11-in beta versiyasına əlavə edilmiş funksiyalardan birinin də aqibəti məhz belə olmuşdu. Söhbət, smartfonun arxa panelinə iki dəfə klik etməklə müxtəlif əməliyyatları işə salma funksiyasından gedir. Bu funksiya Android 11-in beta versiyasında olduğu kimi qaldı və final versiyaya daxil edilmədi. Lakin Android 12-də istifadəçilər bu funksiyanı əldə edə bilərlər.
        Bu barədə 4pda saytı xəbər verib. İnsayderlərin verdikləri məlumata əsasən Android 12 istifadəçiləri smartfonun arxa panelinə iki dəfə klikləməklə müxtəlif əməliyyatları işə salmağa imkan verən funksiyanı əldə edəcəklər. Məlumatda həmçinin qeyd edilib ki, bu yeni funksiya Google Pixel smartfonlarında Active Edge funksiyasını əvəz edəcək. Qeyd etmək lazımdır ki, bu funksiya sayəsində Pixel istifadəçiləri öz smartfonlarının gövdələrini müəyyən güc ilə sıxmaqla müxtəlif funksiyaları işə sala bilirlər.
        Sözügedən funksiya Pixel 4 seriyasında ortaya çıxmışdı. Lakin növbəti Pixel modellərində bu funksiya artıq olmayacaq. Məlumata əsasən yeni funksiya Android 12-nin fevral və ya mart ayındakı beta versiyasına əlavə ediləcək. Bununla yanaşı insayderlər qeyd ediblər ki, bu funksiya müxtəlif növ smartfon brendlərində aktiv olacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə iOS 14 vasitəsilə çalışan bir sıra iPhone modeli də bu cür funksiyanı əldə etmişdi.
    Linki kopyala