main-post-cover

    İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    24.09.2021
    Emil Nəcəfov
        Öz iPhone iPad modellərinə yeni iOS 15iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçilər eyni problem ilə qarşılaşıblar. Belə ki, əməliyyat sisteminin yenilənmiş olduğu cihazlarda daxili yaddaş həcminin bitməsi barəsində bildiriş əks olunub. Lakin ayarlardan “iPhone Storage” bölməsinə daxil olan zaman istifadəçi öz cihazının daxili yaddaşında 10-15 GB boş yerin qaldığını görür. Buna baxmayaraq daxili yaddaşda boş yerin qalmadığı bildirişi olduğu kimi qalır və onu aradan qaldırmaq mümkün deyil.
    iOS 15
        Bundan əlavə olaraq bəzi istifadəçilər bildiriblər ki, sistem bəzi hallarda daxili yaddaşda mövcud boş yerdən daha çoxunu əks etdirir. İstifadəçilər güman edirlər ki, yeni əməliyyat sistemi smartfonun daxili yaddaş həcminin real vəziyyətni təyin etməyi bacarmır. Apple şirkətinin dəstək xidmətində qeyd ediblər ki, smartfon ayarlarının sıfırlanması üsulu bu problemi aradan qaldırır. Lakin bəzi istifadəçilərin sözlərinə əsasən bu üsul da vəziyyəti dəyişmir. Bu vəziyyətdə istifadəçilərin iOS 15.1-i gözləməli olduqları və ya bu problemi tez bir zamanda aradan qaldırmaq üçün Apple şirkətinin iOS 15.0.1-i istifadəyə verəcəyi bilinmir.
    Linki kopyala