iOS 17-nin stabil versiyası istifadəyə verilib

iOS 17-nin stabil versiyası istifadəyə verilib

Əməliyyat sistemləri
19.09.2023 PAYLAŞIM

    Bir neçə ay ərzində olmuş beta testlərdən sonra Apple şirkəti iOS 17 əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib. iOS-in istifadəyə verilmiş yeni versiyası bir neçə yeni funksiyanı əldə edib. Onların arasında smart ekran rejimi, interaktiv vidjetlər, stop kadr üzrə vizual axtarış, Safari brauzerində profillər imkanı və s. var. Beləliklə iOS 17-də reallaşdırılmış əsas yeniliklərdən biri də smart ekran rejimidir. Sözügedən rejim StandBy adını əldə edib. Bu funksiya iPhone-ları smart ekrana çevirir. Smartfon üfüqi şəkildə yerləşdirildikdə və ona şarj cihazı qoşulduqda smartfon ekranında smart ekrandakı kimi hava proqnozu, bildirişlər və digər məlumatlar əks olunacaq.


    Bu rejimdə həmçinin Siri səsli köməkçisini işə salmaq olar. iOS 17-də daha bir yenilik vidjetlər ilə bağlıdır. Bundan sonra istifadəçi bu və ya digər tətbiqi işə salmadan onu vidjetlər vasitəsilə idarə edə biləcək. Məsələn istifadəçi Home adlı vidjeti yaradandan sonra otaqdakı termostat ayarlarını və ya işıqlandırma sisteminin parlaqlığını müvafiq tətbiqə daxil olmadan dəyişə bilər. Əməliyyat sistemində reallaşdırılmış yeni maraqlı funksiyalardan biri vizual axtarışdır. Bu funksiya foto və ya videodakı hər hansısa obyektin internetdə axtarışını reallaşdırmağa imkan verir.

    Safari brauzerinin iOS versiyası bir neçə profilin istifadəsini dəstəkləyir. Hər bir profilin öz baxış tarixçəsi, qovluqlar qrupu və cookie faylları olacaq. Brauzerdən istifadə edən zaman istifadəçi profillər arasında sürətli keçidi reallaşdıra biləcək. Bununla belə daha öncəki profildə yerinə yetirilmiş əməliyyatlar olduğu kimi qalacaqlar. Safari-nin axtarış sistemi daha da yaxşılaşdırılıb. Şirkət AirDrop tətbiqini də unutmayılb. Bundan sonra iki iPhone modelinin bir-birinə yaxınlaşdıranda onlar arasında müxtəlif faylların mübadiləsini reallaşdırmaq olar. iOS 17-nin stabil versiyası iPhone 14 seriyası, iPhone 13 seriyası, iPhone 12 seriyası, iPhone 11 seriyası, iPhone Xs, iPhone Xs Max iPhone SE (2020 və 2022) modelləri üçün istifadəyə verilib. iPhone 15 seriyasına daxil olan smartfonlar da qutudan iOS 17 vasitəsilə çalışacaqlar.



DAHA ÇOX


Microsoft Windows 12-nin veb versiyası üzərində çalışır

Microsoft şirkətinə yaxın olan mənbələrin verdikləri məlumata əsasən Microsoft Windows 12 əməliyyat ..


Samsung Galaxy A53 üçün OneUI 6-nın beta versiyası istifadəyə verilib

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin test proqramını genişləndirib...


Samsung Galaxy S23 smartfonları üçün OneUI 6-nın 5-ci beta versiyası istifadəyə ..

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini aktual flaqman smartfonlarında t..


Paint-ə süni zəka vasitəsilə fotoların tərtib edilməsi funksiyası əlavə edilib..

Microsoft şirkəti bir neçə gün bundan öncə Windows 11 üçün Windows 11 2023 Update yenilənməsini isti..


MacOS Sonoma əməliyyat sisteminin stabil versiyası istifadəyə verilib

4 ay ərzində olmuş test mərhələsindən sonra Apple şirkəti macOS Sonoma əməliyyat sisteminin stabil v..


Xiaomi 6 smartfonu üçün yeni MIUI versiyalarının hazırlanmasını dayandırıb..

Xiaomi şirkəti 6 ədəd smartfon modeli üçün MIUI-nin yeni versiyalarının hazırlanmasını dayandırdığın..

×