main-post-cover

    iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    06.06.2023
    Farid Pardashunas
        iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cihazların siyahılarını təqdim edib. Təqdim edilmiş siyahılardan da məlum olub ki, şirkətin bəzi köhnə cihazları bu yeni əməliyyat sistemlərini əldə etməyəcəklər. Bununla belə Apple öz cihazlarının 5 il müddətinə dəstəklənməsi siyasətini davam etdirir. Beləliklə iOS 17-ni iPhone Xr-dan başlayaraq bütün iPhone modelləri əldə edəcəklər.
        Bura həmçinin iPhone SE (2020) modeli də daxildir. Beləliklə iPhone 8 seriyası və iPhone X iOS 17-nin dəstəyindən məhrum olacaqlar. iPadOS 17-ə gəldikdə isə ona iPad mini (5-ci nəsil və ondan sonra satışa çıxanlar), iPad (6-cı nəsil və ondan sonra satışa çıxanlar), iPad Air (3-cü nəsil və ondan sonra satışa çıxanlar) və iPad Pro (ikinci nəsil və ondan sonra satışa çıxanlar) modelləri əldə edəcəklər. Qeyd etmək lazımdır ki, iOS 17 ilə iPadOS 17-nin stabil versiyaları payız fəslində istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər