main-post-cover

    iOS 16-da Always on Display funksiyası bir qədər fərqli şəkildə çalışacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    29.07.2022
    Emil Nəcəfov
        9to5mac saytının jurnalistləri iPhone-larda çoxdan gözlənilən Always on Display funksiyasının sonunda istifadəyə veriləcəyi barəsində məlumatları iOS 16-da aşkar ediblər. Həmçinin məlum olub ki, Apple tərəfindən istifadəyə veriləcək Always on Display funksiyası artıq uzun zamandır ki, Android smartfonlarda mövcud olan analoqdan bir qədər fərqli şəkildə çalışacaq. iOS 16-nın kodunun aparılmş analizi onu göstərib ki, sistem təsvirləri statik təsvirlər deyil, çox laylı obyektlərdir. Bu isə öz növbəsində üçölçülü təsvir effektini yaradır. Məlum olub ki, sistem təsvirləri Sleep rejiminə bənzər özəlliyə sahibdirlər. Bu özəlliyin aktivləşdirilməsi halında həmin təsvirlər öz parlaqlıqlarını itirirlər.
    iOS 16 AoD
        9to5mac saytının jurnalistləri bunun necə çalışdığını da sərgiləyiblər. Beləliklə əgər Always on Display funksiyası aktivdirsə, smartfon blok halında olan zaman onun ekranında qara fon əvəzinə bloklanmış ekrana quraşdırılmış təsvirin parlaqlığının azalmış versiyası əks olunacaq. Bundan əlavə olaraq ekran üzərində vaxt, bildirişlər, vidjetlər və s. kimi məlumatlar da əks olunacaq. Buna bənzər üsul ilə Always on Display funksiyası həmçinin Apple Watch modellərində də çalışır. Son məlumat sızıntılarına əsasən Always on Display funksiyası yalnız iPhone 14 Pro smartfonlarında reallaşdırılacaq. Belə ki, məhz sözügedən smartfonlar 1-120 Hz diapazonunda ekran təsvirinin dinamik tezlikli yenilənməsini dəstəkləyəcəklər.
    Linki kopyala