iOS 14 ilə birliktə şəkillərə başlıq yazmaq mümkün olacaq
Proqram Təminatı
Əməliyyat sistemləri
27.06.2020
Nijat Hamid
Apple şirkəti iOS 14 əməliyyat sistemini bir çox yenilik ilə təqdim etmişdi. Bu səfər isə ortaya çıxan məlumatlara görə iOS 14 ilə birliktə istifadəçilərin uzun zamandır istədikləri bir funksiya olan "şəkillərə başlıq əlavə etmək" istifadəyə veriləcək. Qeyd edək ki, bəhs edilən funksiya daha əvvəl "Şəkillər" tətbiqinə əlavə edilmişdi, lakin sadəcə MAC kompüterlərdə istifadə etmək mümkün idi.
İstifadəçilər iOS 14-ilə artıq çəkdikləri və ya yüklədikləri bütün şəkillərə başlıq və açıqlama yaza biləcəklər.
Bu funksiyanı istifadə etmək əvvəlcə şəkili smartfonun ekranda tam şəkildə açmaq lazımdır. Sonra yuxarı sürüşdürərək Başlıq hissəyə keçid edib istədikləri söz və ya cümləni yaza biləcəklər. Qeyd edək ki, əgər iCloud aktiv olarsa əlavə etdiyiniz başlıq bütün cihazlarda sinxrozasiya olacaq. Yəni Mac kompüteriniz ilə şəkilə başlıq əlavə etsəniz, iPhone smartfonunuzda həmin şəkili başlığı yazaraq axtarıb tapa biləcəksiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)