main-post-cover

    iOS 14 ilə birliktə şəkillərə başlıq yazmaq mümkün olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    27.06.2020
    Nijat Hamid
            Apple şirkəti iOS 14 əməliyyat sistemini bir çox yenilik ilə təqdim etmişdi. Bu səfər isə ortaya çıxan məlumatlara görə iOS 14 ilə birliktə istifadəçilərin uzun zamandır istədikləri bir funksiya olan "şəkillərə başlıq əlavə etmək" istifadəyə veriləcək. Qeyd edək ki, bəhs edilən funksiya daha əvvəl  "Şəkillər" tətbiqinə əlavə edilmişdi, lakin sadəcə MAC kompüterlərdə istifadə etmək mümkün idi.

    İstifadəçilər iOS 14-ilə artıq çəkdikləri və ya yüklədikləri bütün şəkillərə başlıq və açıqlama yaza biləcəklər.

            Bu funksiyanı istifadə etmək əvvəlcə şəkili smartfonun ekranda tam şəkildə açmaq lazımdır. Sonra yuxarı sürüşdürərək Başlıq hissəyə keçid edib istədikləri söz və ya cümləni yaza biləcəklər. Qeyd edək ki, əgər iCloud aktiv olarsa əlavə etdiyiniz başlıq bütün cihazlarda sinxrozasiya olacaq. Yəni Mac kompüteriniz ilə şəkilə başlıq əlavə etsəniz, iPhone smartfonunuzda həmin şəkili başlığı yazaraq axtarıb tapa biləcəksiniz.
    Linki kopyala