İnsayderlər: 'Xiaomi MIOS adlı yeni əməliyyat sistemi üzərində çalışır'

İnsayderlər: 'Xiaomi MIOS adlı yeni əməliyyat sistemi üzərində çalışır'

Əməliyyat sistemləri
22.03.2023 PAYLAŞIM

    İnsayderlər Xiaomi smartfonları üçün nəzərdə tutulmuş MIOS adlı yeni əməliyyat sisteminin screenshot fotosunu təqdim ediblər. Qeyd etmək lazımdır ki, Xiaomi-nin fərdi əməliyyat sistemi barəsində ilk məlumatlar hələ 10 il bundan öncə ortaya çıxmışdı. Lakin həmin vaxtda şirkətin fərdi əməliyyat sistemi üzərində çalışması barəsində hər hansısa sübut təqdim edilməmişdi. İndi isə insayderlər bu cür sübutu təqdim ediblər.


Təqdim edilmiş screenshot fotoda MIOS-un loqosu və əməliyyat sisteminin aktual yenilənməsinin versiyası (V0.85.22.11.05 alpha) əks olunub. Bu rəqəmlərdən belə qənaətə gəlmək olar ki, sözügedən versiya keçən ilin 5 noyabr tarixini əhatə etmiş versiyasıdır. İnsayderlər MIOS-un texniki özəllikləri barəsində heç bir məlumat təqdim etməyiblər. Ümumiyyətlə bunun MIUI-nin rebrendinqi olub-olmaması da aydın deyil. Heç istisna deyil ki, Huawei şirkəti özünün HarmonyOS əməliyyat sistemini yaratdığı kimi Xiaomi də fərdi proqram təminatı platformasını yaratmaq niyyətindədir.



DAHA ÇOX


Samsung-un yeni OneUI 6 istifadəçi interfeysi barəsində məlumatlar verilib

Samsung şirkəti Android 14 əsasında hazırlanmış OneUI 6 istifadəçi interfeysinin beta versiyasını is..


Intel prosessorlu köhnə Apple kompüterləri macOS Sonoma-nın bəzi imkanları dəstə..

Apple şirkətinin bütün yeni kompüterləri Apple M seriyasına daxil olan prosessorlar ilə təchiz olunu..


iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib..

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cih..


Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u ..


Apple iPadOS 17 əməliyyat sistemi təqdim edilib

iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib.


Apple macOS Sonoma əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonom..

×