main-post-cover

    İnsayderlər: Google servisləri Honor şirkətinin smartfonlarına geri dönəcəklər

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    19.01.2021
    Farid Pardashunas
        2019-cu ildə Huawei şirkəti ABŞ-ın Ticarət Nazirliyinin qara siyahısına daxil ediləndən sonra o, Google servislərindən və Google Play platformasından istifadə imkanını itirmişdi. Nəticədə Huawei və onun Honor brendinin smartfonlarının istifadəçiləri Google servislərindən istifadə imkanını itirmişdilər. Lakin keçən il Honor brendi müstəqil şirkətə çevrildi. Belə ki, Huawei bu brendi satdı. Beləliklə Honor brendi müstəqil şirkətə çevrildiyinə görə onun smartfonlarının istifadəçiləri ənənəvi Google servislərinə geri dönüş edə biləcəklər.
        İnsayderlərin verdikləri məlumata əsasən bu, yaxın zamanda baş verəcək. Bu barədə 4pda saytı xəbər verib. Məlumatda qeyd olunub ki, yaxın zamanda bazarda Honor şirkətinin smartfonları kimi təqdim olunacaq cihazlar Huawei AppGallery platformasından məhrum olacaqlar. Gözləntilərə əsasən onu Google Play Market əvəz edəcək. Ortaya çıxmış bu məlumata baxmayaraq Huawei, Honor və Google şirkətləri bu barədə fikir bildirməkdən imtina ediblər. Qeyd etmək lazımdır ki, müstəqillik əldə edəndən sonra Honor şirkəti həmçinin Qualcomm ilə aktiv danışıqlara da start verib. Çox güman ki, şirkət Qualcomm-dan 5G dəstəkli prosessorların alınmasını planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər