main-post-cover

    Huawei şirkəti fərdi proqramlaşdırma dili üzərində çalışır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    26.02.2021
    Emil Nəcəfov
        Huawei özünün software məhsullar portfoliosunu genişləndirməyə hazırlaşır. Belə ki, HarmonyOS adlı fərdi əməliyyat sistemindən sonra şirkət fərdi proqramlaşdırma dilini hazırlamaq niyyətindədir. Bir neçə müddət bundan öncə şirkət bu məsələ ilə bağlı patent sorğusu göndərib. Patent sorğusuna əsasən şirkətin proqramlaşdırma dilinin adı da məlum olub. İnternetdə olan patent sənədindəki məlumatlara əsasən Huawei tərəfindən hazırlanan proqramlaşdırma dili artıq Cangjie adı altında qeydiyyatdan keçib.
        Qeyd etmək lazımdır ki, bu termin Çin heroqliflərinin yazılış üsulunu əks etdirir. Məlumdur ki, Huawei daha əvvəllər də öz məhsullarının adlarını Çin mədəniyyəti də əlaqələndirib. Buna misal olaraq Kirin, Hongmeng, Kunpeng, Barong, Taishan, Lingxiao Shengteng adlarını gətirmək olar. Məlumatda qeyd edilib ki, Huawei fərdi proqramlaşdırma dili üzərində uzun müddətdir ki, çalışır və onun barəsində rəsmi məlumatı artıq bu il verəcək.
    Linki kopyala