main-post-cover

    Huawei HarmonyOS-ə sahib ilk smartfonların bazara nə zaman çıxacaqlarını elan edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    10.09.2020
    Farid Pardashunas
        Tərtibatçılar üçün nəzərdə tutulmuş Huawei Developer Conference 2020 tədbiri çərçivəsində şirkət HarmonyOS 2.0 əməliyyat sistemini təqdim edib. Lakin təqdimat zamanı əsas anons ondan ibarət olub ki, Huawei şirkətinin istehlakçı biznesinin rəhbəri Richard Yu sözügedən əməliyyat sisteminə sahib ilk Huawei smartfonlarının nə zaman satışa çıxacaqlarını açıqlayıb. Bu barədə Androidauthority saytı xəbər verib. Bugündən başlayaraq tərtibatçılar HarmonyOS 2.0-ın beta versiyasını, lazımi alətlərini, dokumentasiyalarını və emulyatorlarını əldə edəcəklər.
        Qeyd etmək lazımdır ki, təqdim olunmuş HarmonyOS 2.0-ın hal hazırki versiyası smart televizorlar, saatlar və avtomobillər üçün nəzərdə tutulub. Maraqlısı ondadır ki, bu ilin dekabr ayında HarmonyOS 2.0-nin smartfonlar üçün nəzərdə tutulmuş versiyası təqdim olunacaq. “Ola bilər ki, gələn ildən başlayaraq biz, HarmonyOS-ə sahib smartfonları görək” - deyə Richard Yu bildirib. Tədbir çərçivəsində şirkət həmçinin OpenHarmony əməliyyat sistemini də təqdim edib.
        Bu, open source koda sahib əməliyyat sistemidir. Faktiki olaraq OpenHarmony əməliyyat sistemi Android üçün olan AOSP-un (Android Open Source Project) alternativ variantıdır. Bugündən başlayaraq OpenHarmony əməliyyat sistemi 128 KB-dan tutmuş 128 MB-a kimi RAM göstəricisinə sahib cihazları dəstəkləyir. Gələn ilin aprel ayında 4 GB RAM-a sahib cihazların dəstəyi, 2022-ci ildə isə 4 GB-dan yüksək RAM göstəricisinə sahib cihazların dəstəyi əlavə ediləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər