Hindistanda BharOS adlı milli mobil əməliyyat sistemi hazırlanıb

Hindistanda BharOS adlı milli mobil əməliyyat sistemi hazırlanıb

Əməliyyat sistemləri
27.01.2023 PAYLAŞIM

    Hindistan BharOS adlı fərdi mobil əməliyyat sistemini təqdim edib. Təqdim edilmiş əməliyyat sistemi Hindistanın bir çox naziri tərəfindən artıq test edilib. Açıq mənbəli koda sahib BharOS Hindistan hökumətinin dəstəyi ilə JandK Operations Private Limited şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Layihə Hindistanın rəqəmsal müstəqilliyinin təmin edilməsi proqramı çərçivəsində reallaşdırılıb. Məlumatda qeyd edilib ki, BharOS-də əsas diqqət istifadəçilərin konfidensiallıqlarına və özəl məlumatarının qorunmasına ayrılıb.


    Təəssüflər olsun ki, tərtibatçılar bu əməliyyat sisteminin bildirişlər ayarı, əsas ekran vidjetləri və s. kimi özəllikləri barəsində əlavə məlumat verməyiblər. BharOS-də öncədən quraşdırılmış tətbiqlər mövcud deyil. Kənar istehsalçıların və Google şirkətinin standart tətbiqlərini özündə birləşdirən Android-dən fərqli olaraq BharOS vasitəsilə çalışacaq smartfonların istifadəçiləri demək olar heç nəyə sahib olmayan əməliyyat sistemini və tətbiqlərin tələb etdikləri icazələrin tam şəkildə idarə edilməsi imkanını əldə edəcəklər. Bu isə o deməkdir ki, istifadəçilər məcbur şəkildə özlərinə məlum, lazım və rahat olmayan tətbiqləri istifadə etməli olayacaqlar.

    İstifadəçilər BharOS-ə tətbiqləri PASS (Private App Store Services) adlı servisdən yükləyə biləcəklər. Bu servisə isə yalnız detallı analizdən keçmiş və təhlükəsizlik tələblərinə cavab verən tətbiqlər daxil ediləcək. Əməliyyat sistemi Android kimi online rejimdə yenilənəcək. Tərtibatçılar qeyd ediblər ki, yenilənmələr istifadəçilərin iştirakları olmadan smartfona yüklənir və quraşdırılır. Hal hazırda BharOS Hindistanın bir sıra müəssisələrində konfidensial məlumatlarla çalışan istifadəçilər üçün təqdim edilir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsayderlər: 'Xiaomi MIOS adlı yeni əməliyyat sistemi üzərində çalışır'..

İnsayderlər Xiaomi smartfonları üçün nəzərdə tutulmuş MIOS adlı yeni əməliyyat sisteminin screenshot..


Windows 11 üçün istifadəyə verilmiş yenilənmə SSD-lərin sürətlərini aşağı salır..

Windows 11 üçün istifadəyə verilən demək olar hər bir yenilənmə sistemin çalışmasında müəyyən proble..


Android 14 əsaslı OneUI 6-nı əldə etməyəcək Samsung smartfonlarının siyahısı təq..

İnsayderlər Samsung şirkətinin öz cihazlarındakı proqram təminatı yenilənməsi üzrə siyasətinə əsasla..


Xiaomi-nin 2020-ci ildə satışa çıxmış bəzi smartfonları MIUI 14-ü əldə edəcəklər..

Xiaomi 2020-ci ildə satışa çıxmış smartfonları üçün yaxın zamanda MIUI 14 istifadəçi interfeysini tə..


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının sahib olacağı əməliyyat..

Son məlumatlara əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu il..


Redmi Note 10 üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib

Dünən xəbər verildi ki, Redmi Note 10S smartfonu qlobal bazarda MIUI 14 istifadəçi interfeysini əldə..

×