main-post-cover

    HarmonyOS-i əldə edəcək ilk Huawei smartfonları məlum olub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    23.02.2021
    Emil Nəcəfov
        Huawei hələ keçən il təsdiqləmişdi ki, onun smartfonları fərdi HarmonyOS əməliyyat sisteminə keçid edəcəklər. İndi isə şirkət bu əməliyyat sisteminin mobil versiyasının nə zaman işıq üzü görəcəyini və hansı smartfon modellərinin onu dəqiq şəkildə əldə edəcəklərini açıqlayıb. Beləliklə şirkətin verdiyi rəsmi məlumata əsasən HarmonyOS-in mobil versiyası aprel ayında istifadəyə veriləcək. Bu əməliyyat sistemini ilk olaraq yenicə təqdim edilmiş qatlana bilən Mate X2 smartfonu əldə edəcək.
        Bundan əlavə olaraq yaxın bir neçə ay ərzində təqdim ediləcək Huawei P50 smartfon seriyası da HarmonyOS əməliyyat sisteminə sahib olacaq. Huawei potensial olaraq öz əməliyyat sistemini IoT (Internet of Things) və smart televizorlar seqmenti üçün nəzərdə tutulmuş universal həll yolu kimi görür. Lakin şirkət dəfələrlə qeyd edib ki, HarmonyOS həmçinin avtomobillərdə, smart saatlarda, smartfonlarda və digər müxtəif cihazlarda istifadə oluna bilər.
    Linki kopyala