main-post-cover

    Hansı Apple cihazları iOS 15 dəstəyinə sahib olmayacaqlar? (SİYAHI)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.01.2021
    Farid Pardashunas
        Keçən il olduğu kimi bu il də İsrailin The Verifier saytı Apple şirkətinin smartfonlar üçün hələ təqdim olunmamış yeni iOS versiyasını əldə edəcək cihazların siyahısını təqdim edib. Məlumata əsasən bu ilin payız fəslində yeni cihazlara keçid etmək fikrini daha çox istifadəçi nəzərdən keçirdəcək. Beləliklə təqdim olunmuş məlumatda qeyd edilib ki, iOS 15 məliyyat sistemini A9 prosessoruna sahib iPhone modelləri əldə etməyəcəklər. Bura həmçinin 2015-ci ilin sentyabr ayında təqdim edilmiş iPhone 6s, iPhone 6s Plus və o cümlədən 2016-cı ildə təqdim edilmiş iPhone SE modelləri daxildirlər.
        Yeni iOS versiyasını əldə etməyəcək cihazlar arasında həmçinin A8 prosessoruna sahib iPad mini 4 (2015), A8X prosessoruna sahib iPad Air 2 (2014) və A9 prosessoruna sahib iPad 5 (2017) var. iOS 15-i əldə edəcək smartfonlar siyahısında iPhone 7, iPhone 7 Plus və ondan sonra çıxmış bütün iPhone modelləri var. Bununla yanaşı 2019-cu ildə təqdim edilmiş iPod Touch 7 modelinin də iOS 15 dəstəyinə sahib olacağı gözlənilir. Hər bir yeni iOS versiyasının köhnə cihazlarda dəstəyinin dayandırılması həmin cihazların texniki özəllikləri ilə bağlıdır. Buna baxmayaraq Apple şirkəti öz cihazlarının çox hissəsi üçün 5 illik iOS dəstəyini təmin edə bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər