main-post-cover

    Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    09.07.2021
    Emil Nəcəfov
        İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər. Lakin Google köhnə Android versiyaları üçün kritik təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edirdi. Statistikaya əsasən aktiv Android cihazların 1%-i məhz Android Jelly Bean vasitəsilə çalışır. 2012-ci ildə Android Jelly Bean təqdim olunan zaman Google şirkəti onun interfeys dizaynını tamamilə dəyişmişdi.
    Linki kopyala