main-post-cover

    Google şirkəti Google Play-də Android tətbiqlərin müqayisəsi funksiyasını test edir

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    29.10.2020
    Farid Pardashunas
        Google şirkəti Android üçün olan Google Play tətbiqlər mağazasının dizaynını dəyişərək və ona yeni funksiyalar əlavə edərək platformanı inkişaf etdirməyə davam edir. Google Play-ə əlavə ediləcək yeni təcrübi funksiya istifadəçi tərəfindən yüklənməyə planlaşdırılan hansısa tətbiqin digərlərindən tez seçilməsində yardımçı olacaq. Belə ki, yeni funksiya hansısa tətbiqin parametrlərini digər tətbiqlərin parametrləri ilə müqayisə etməyə imkan verəcək. Bu barədə Androidpolice saytı xəbər verib. 
        Tərtibatçılar Google Play-in 22.4.28 nömrəli versiyasında Compare Apps adlı yeni funksiya aşkar ediblər. Həmin funksiya Google Play-dəki məsləhətlər siyahısının ən aşağısında yerləşdirilib. Məlumata əsasən sözügedən funksiya hələki bir sıra məşhur mediaplayerlər üçün aktivdir. Həmin mediaplayerlərin misalında bu yeni funksiyanın iş prinsipini yoxlamaq olar. Beləliklə Compare Apps düyməsinə klik edəndən sonra eyni kateqoriyadan olan müxtəlif tətbiqlərin müqayisə cədvəli ortaya çıxır.
    Google Play
        Mediaplayerlərin misalında onlardan istifadə rahatlığı və mediaplayerlərə xas olan funksiyalar müqayisə edilir. Məsələn videonun avtomatik işə düşüb-düşməməsi, streaming funksiyasının olub-olmaması, dəstəklənən video formatlar və s. Bundan əlavə olaraq təqdim olunan müqayisə cədvəlində hər bir tətbiqin nə qədər yüklənildiyi və istifadəçilərin onlara verdikləri rəylər əks olunurlar. Bu yeni funksiyanın stabil Google Play versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər