main-post-cover

    Google şirkəti Android 12-də kənar tətbiq platformalarından istifadəni sadələşdirəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    29.09.2020
    Emil Nəcəfov
        Məşhur Fortnite oyununun monetizasiyası ətrafında yaranmış qalmaqaldan sonra Google şirkəti elan edib ki, kənar tərtibatçılar üçün Android siyasətində bəzi dəyişikliklər ediləcək. Şirkət bildirib ki, 2021-ci ildə Android əməliyyat sistemi daha açıq olacaq və smartfon istifadəçiləri digər tətbiq platformalarının istifadəsini seçə biləcəklər. Bu barədə Androidpolice saytı xəbər verib. Google şirkətinin rəsmi bloqunda təqdim edilmiş yazıya əsasən Android cihazların istifadəçiləri sistem tərəfindən istifadə olunacaq tətbiqlər arasında həmişə seçimə sahib olublar.
        İndi isə şirkət bu cür sistemi kənar tətbiq mağazaları üçün də reallaşdırmağı planlaşdırır. Beləliklə Android 12-də kənar tətbiq platformalarından istifadə seçimi imkanı reallaşdırılacaq. Hal hazırda Android-də yeganə platforma Google Play-dir. Google şirkətinin əsas məqsədi Android istifadəçilərinə təkcə seçim imkanının verilməsində deyil həmçinin həmin istifadəçilərin təhlükəsizliklərinin təmin olunmasındadır. Gözləntilərə əsasən kənar tətbiq platformalarından istifadə imkanı Android 12-nin əsas özəlliklərindən biri olacaq.
    Linki kopyala