main-post-cover

    Google şirkəti Android 11-in təqdimatını bilinməyən müddətə kimi təxirə saldı: Səbəb nədir?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    01.06.2020
    Farid Pardashunas
        Google şirkəti bu həftə Android 11 əməliyyat sisteminin ilk beta versiyasını təqdim etməli idi. Lakin şirkət öz planlarında dəyişikliklər edib. Bu barədə Android Developers saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ilk əvvəl şirkət yeni əməliyyat sistemini may ayının ortasında keçirilməsi planlaşdırılan Google I/O 2020 tədbirində təqdim etməli idi. Lakin nəticədə Google koronavirus pandemiyası səbəbilə tədbiri ləğv etdi və onu online formata keçirtdi.
        Sonradan Google şirkəti elan etdi ki, 3 iyun tarixində The Beta Launch Show adlı tədbir baş tutacaq və həmin tədbirdə Android 11 təqdim olunacaq. Həmin tədbir çərçivəsində şirkət Android 11-in ilk beta versiyasını da istifadəçilərə təqdim etməli idi. İndi isə şirkət Android 11-in təqdimatı ilə onun ilk beta versiyasının çıxışını bilinməyən müddətə kimi təxirə salıb.
        Bunun əsas səbəbi isə ABŞ-da baş verən kütləvi mitinqlər ilə çaxnaşmalardır. Belə ki, 25 may tarixində ABŞ-ın Minneapolis şəhərində qaradərili şəxs polisin hərəkəti nəticəsində həyatını itirmişdi. Bu səbəbdən də ABŞ-da kütləvi mitinq və çaxnaşmalar baş verir. Google şirkəti də belə bir vaxtda öz təqdimat tədbirini keçirtməmək qərarına gəlib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər