main-post-cover

    Google şirkəti Android 11-in ilk beta versiyasını rəsmi olaraq təqdim etdi: Hansı yeniliklər var?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.06.2020
    Farid Pardashunas
        Android 11 Developer Preview-nun 4 versiyasının istifadəyə verilməsindən sonra Google şirkəti rəsmi şəkildə Android 11-in ilk beta versiyasını təqdim etdi. Android 11-in ilk beta versiyası bir sıra faydalı funksiyalar əldə edib və istifadəçilər artıq onu yükləyə bilərlər. Bu barədə 9to5google saytı xəbər verib. Beləliklə yeni əməliyyat sistemində ilk nəzərə çarpan dəyişikliklərdən biri bütün messencerlər üçün nəzərdə tutulmuş “köpüklər” funksiyası olub. Beləliklə bundan sonra bütün messencerlərdə olan danışıqlar ekranın istənilən hissəsinə rahat daşınıla bilən vidjetlərdə əks olunacaqlar.
    Android 11
        Vidjetlərdən birinə klik edən zaman istifadəçi yeni mesaja cavab verə biləcək və daha sonra onu kiçik ikon vəziyyətinə sala biləcək. Həmin ikon isə smartfonun əsas ekranının yuxarı hissəsində əks olunacaq. Biraz əvvəl işə salınmış tətbiqlərin əks olunma menyusunda da dəyişikliklər edilib. Həmin menyuya 3 yeni düymə əlavə edilib: Screenshot, paylaşma və ayırma düymələri. Bundan əlavə olaraq daha əvvəllər yalnız Samsung OnePlus smartfonlarında sistem aləti kimi təqdim edilmiş ekran videoçəkilişi Android 11-də sistem funksiyası statusunu əldə edib və bütün cihazlarda dəstəklənir.
    Android 11
        Google Home tətbiqi yeni interfeys əldə edib. Yeni əməliyyat sistemində tərtibatçılar konfidensiallıq mövzusuna böyük diqqət ayırıblar. Söhbət, istifadəçi tərəfindən bir dəfə üçün verilən icazələrdən gedir. Məhz bu icazədən sonra tətbiqlər smartfonun mikrofonundan, kameralarından istifadə edə və smartfonun yerləşdiyi yeri təyin edə bilərlər. Bundan əlavə olaraq hansısa tətbiqlərdən uzun müddət istifadə edilməyən zaman istifadəçi tərəfindən həmin tətbiqlər üçün verilmiş icazələr deaktiv olunur. Bu halda istifadəçi icazə prosesini yenidən reallaşdırmalı olacaq.
        Android 11-də screenshot fotolar ilə qarşılıqlı əlaqə daha da sadələşdirilib. Edilmiş screenshot ekranın aşağı sol hissəsində kiçik formatda əks olunur. Daha sonra istifadəçi Share düyməsi vasitəsilə onu paylaşa və ya Edit düyməsi vasitəsilə onu redaktə edə bilər. Digər yeniliklər sırasında yenilənmiş multimedia playerini və istifadəçi tərəfindən Dark Mode rejiminin planlanmasını misal gətirmək olar. Android 11-in ilk beta versiyası Pixel 2-dən bu vaxta kimi satışa çıxmış bütün Google Pixel smartfonlarında artıq aktivdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər