main-post-cover

    Google şirkəti Android 11-in final versiyasını istifadəyə verib: Final versiyada nə kimi yeniliklər var?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    09.09.2020
    Emil Nəcəfov
        Google şirkəti hələ fevral ayında təqdim edilmiş Android 11-in final versiyasını istifadəyə verib. Android 11-in əsas özəllikləri sırasında mesajların sadə idarəsi, genişləndirilmiş konfidensiallıq imkanları, elastiki və üzərində dairəvi çıxıntı olan ekranların dəstəyi var. Qeyd etmək lazımdır ki, Android 11-in final versiyası təkcə Pixel modellərində istifadəyə verilməyib. Yeni əməliyyat sistemini digər smartfon brendlərinin istifadəçiləri də yükləyə bilərlər.
    Mesajların sadələşdirilmiş idarəsi:
        Tərtibatçıların sözlərinə əsasən Android 11-də mesajlaşmaq üçün nəzərdə tutulmuş tətbiqlər arasında daimi keçid daha rahat reallaşdırılıb. Belə ki, smartfonda olan bütün messencerləri bir bölmədə birləşdirmək mümkündür. Bu isə öz növbəsində həmin messencerlərdən olan bildirişləri rahat şəkildə idarə etmək imkanını yaradacaq. Bununla yanaşı messencerlərin daxilində prioritetli çatların təyin olunması da mümkündür. Bu halda istifadəçi həmin çatlara sürətli keçidi reallaşdıra biləcək. Android 11-də istifadəçi Bubbles adlı funksiya vasitəsilə çatları ekranın ana səhifəsinə bərkidə biləcək.
    Qoşulmuş cihazların yeni idarəsi və media:
        Bundan sonra yandırıb/söndürmə düyməsinə klik edib saxlayaraq ağıllı evin bütün cihazlarını idarə etmək mümkün olacaq. Bu halda istifadəçi bunun üçün ayrıca tətbiqə daxil olmayacaq. Bununla yanaşı Android 11-də multimedia idarəsində bəzi dəyişikliklər edilib. Məsələn musiqi dinləmək üçün cihazlar arasındakı keçid demək olar ani reallaşır. Android 11-ə sahib olacaq bütün smartfonlar əlavə olaraq Android Auto tətbiqini əldə edəcəklər. Bu tətbiq vasitəsilə avtomobil daxilində smartfondan istifadə daha da sadələşdiriləcək. Bu tətbiq sayəsində istifadəçi bir toxunuşla lazımi marşrutu təyin edə, öz playlistindəki musiqiləri dəyişə və ya Google Assistant-ı işə sala bilər.
    Android 11
    Genişləndirilmiş konfidensiallıq imkanları:
        Android 11 istifadəçisi tətbiqlərin konfidensial məlumatları əldə edib-etməmələrinə özü qərar verə biləcək. Həmçinin yeni əməliyyat sistemində tətbiqlərə bir dəfə üçün konfidensial məlumatların verilməsi özəlliyi də reallaşdırılıb. Bu halda əgər tətbiq müəyyən müddət ərzində istifadə olunmayıbsa istifadəçinin verdiyi icazə sıfırlanacaq. Bunun sayəsində tətbiqlərin fon rejimində aktivliklərinin qarşısı alınacaq. Google şirkəti əsas diqqəti həmçinin Google Play-dən smartfonlara təhlükəsizlik və konfidensiallıq məsələlərində göndərilən dəyişikliklərə də diqqət ayırıb. Qeyd etmək lazımdır ki, Android 11-i Pixel istifadəçilərindən başqa OPPO, Xiaomi, OnePlus Realme brendlərinin bəzi smartfon modellərinin istifadəçiləri də yükləyə bilərlər.
    Linki kopyala