Google servislərinin Honor smartfonlarına geri dönüşləri rəsmi şəkildə təsdiqlənib
Proqram Təminatı
Əməliyyat sistemləri
24.05.2021
Farid Pardashunas
Honor brendi keçən il Huawei şirkətindən ayrılandan sonra o, bir qayda olaraq ABŞ sanksiyalarından və həmin sanksiyaların təyin etmiş olduqları məhdudiyyətlərdən azad olmuşdu. Bunun nəticəsində Honor şirkətinin smartfonlarının qlobal versiyalarına Google servisləri geri qayıdacaqlar. Qeyd etmək lazımdır ki, Huawei smartfonları hələ də Google servislərindən məhrumdurlar. Honor smartfonlarına Google servislərinin geri qayıdacağı məlumatını şirkətin Almaniya üzrə şöbəsinin Twitter hesabı təsdiqləyib.
Belə ki, istifadəçilərdən biri təqdim olunacaq Honor 50 smartfon seriyasının Google servislərinə sahib olub-olmayacağı sualını verib. Şirkətin Almaniya üzrə şöbəsinin Twitter hesabı isə bu suala “Bəli, biz bunu təsdiqləyə bilərik. Lakin daha bir sürpriz də olmalıdır” - deyə cavab verib. Söhbətin hansı sürprizdən getdiyi barəsində bir məlumat yoxdur. Hələ bir neçə gün bundan öncə Honor rəsmi olaraq təsdiqləmişdi ki, Honor 50 smartfon seriyası Snapdragon 778G prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti həmçinin Qualcomm prosessorlarından da istifadə edə bilmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək