main-post-cover

    Google köhnə Android versiyalarından birində öz servislərinə girişi bağlayacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.08.2021
    Emil Nəcəfov
        Android Jelly Bean-in rəsmi dəstəyinin dayandırılmasından sonra Google şirkəti daha bir köhnə Android versiyası üçün olacaq məhdudlaşdırmanı elan edib. Bu dəfə söhbət, Android Gingerbread (Android 2.3) əməliyyat sistemindən gedir. Artıq yaxın zamanda bu əməliyyat sistemi vasitəsilə çalışan smartfonların istifadəçiləri Google servislərindən istifadə edə bilməyəcəklər. Bu ilin 27 sentyabr tarixindən Google şirkəti Android 2.3.7 və daha köhnə versiyalar vasitəsilə çalışan smartfonlarda öz servislərinə girişi bağlayacaq. Bu səbəbdən də istifadəçilər Gmail Google Maps kimi servislərdən istifadə edə bilməyəcəklər.
        Şirkət təmsilçilərinin verdikləri məlumata əsasən bu qərar istifadəçi hesablarının qorunması və konfidensiallıq məsələləri ilə bağlıdır. Sözügedən köhnə əməliyyat sistemləri vasitəsilə çalışan smartfonların istifadəçiləri Google servislərindən istifadə etmək istədikləri halda Android 3-ə və ya daha yeni versiyalara keçid etməli olacaqlar. Google təmsilçiləri onu da qeyd ediblər ki, bu yeni məhdudlaşdırıcı tədbirlər Android-in əsas kütləsinə heç bir təsir göstərməyəcəklər. Google tərəfindən tərtib edilmiş statistikaya əsasən 2020-ci ilin aprel ayı üzrə göstəricidə qeyd edilib ki, bütün dünyada olan Android smartfonların yalnız 0.2%-i Android Gingerbread əməliyyat sistemi vasitəsilə çalışır. Qeyd etmək lazımdır k, bu əməliyyat sisteminin ən son versiyası 2011-ci ildə istifadəyə verilib.
    Linki kopyala