main-post-cover

    Google daxilində Android 11 hansı şirniyyatın adı ilə adlandırılır? (VİDEO)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    25.07.2020
    Farid Pardashunas
        Android 10-dan başlayaraq Google şirkəti hər bir yeni Android versiyasının adına hansısa şirniyyatın adını əlavə etmək ənənəsindən imtina etmişdi. Lakin məlum olub ki, Google şirkətinin daxilində olan Android tərtibatçıları öz aralarında bu ənənəyə sadiq qalıblar. Bu barədə Slashgear saytı xəbər verib. All About Android adlı Youtube kanalında Android 11-ə və digər mobil texnologiyalara həsr edilmiş video ortaya çıxıb.
        Yeni Android versiyası barəsində daha öncədən məlum olmayan təfərrüatları Android-in hazırlanması üzrə vitse-prezident Dave Burke təqdim edib. Öz çıxışı zamanı Dave qeyd edib ki, onlar Google daxilində hələ də Android versiyalarının adlarına hansısa şirniyyatların adlarını əlavə edirlər. Qeyd etmək lazımdır ki, hər bir Android versiyası əlifba sırası ilə hansısa şirniyyatın adı ilə əlaqələndirilirdi.
        Android 11 isə R hərfi ilə başlayan hansısa şirniyyatın adını əldə etməli idi. Beləliklə şirkət daxilində əməliyyat sisteminin kod adı Red Velvet Cake-dir. Bundan əlavə olaraq Google təmsilçisi qeyd edib ki, onlar Android 11 ilə bağlı hələ bəzi sürprizlərə sahibdirlər. Onun sözlərinə əsasən Android 11-in üçüncü beta testində heç də bütün funksiyalar təqdim olunmayıb və həmin funksiyalardan əməliyyat sisteminin istifadəyə verilməsindən sonra yararlanmaq olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər