Google APK-dən imtina edərək Android tətbiqlərin yeni formatına keçid edir
Proqram Təminatı
Əməliyyat sistemləri
30.06.2021
Farid Pardashunas
Yaxın aylarda Android tərtibatçılarını böyük dəyişikliklər gözləyir. Belə ki, hamıya yaxşı tanış olan APK formatı (Android Package) artıq keçmişdə qalacaq. Onu Android App Bundle (AAB) formatı əvəzləyəcək. Bu yeni format adi istifadəçilər üçün bir sıra üstünlüklər təqdim edəcək. Android App Bundle formatı hələ 2018-ci ildə Android 9 ilə birlikdə təqdim olunmuşdu. O, tərtibatçıların işlərini qat-qat asanlaşdıracaq.
Belə ki, tərtibatçılar öz tətbiqlərini müxtəlif smartfon modelləri üçün fərdi şəkildə optimizasiya etməyəcəklər. Bu proses Google Play tərəfindən tamamilə avtomatlaşdırılacaq. Bu yeni format çərçivəsində hər hansısa tətbiqi smartfona yükləyən zaman onun kodu bütöv şəkildə yüklənməyəcək. Bunun yerinə bu və ya digər smartfon modelində normal iş prosesini reallaşdırmaq üçün tətbiqin yalnız lazımlı komponentləri yüklənəcək.
Bu cür tətbiqlər ortalama 15% daha az yer tuturlar və daha sürətlə quraşdırılırlar. Google şirkətinin tələblərinə əsasən bu ilin avqust ayından başlayaraq Google Play-ə yüklənəcək bütün yeni tətbiqlər AAB formatında reallaşdırılmalıdırlar. Şirkətin sözlərinə əsasən artıq milyona yaxın tətbiq sözügedən formata keçid edib. Onların arasında çoxlu sayda məşhur tətbiq də mövcuddur. Yeni formata keçid etmiş məşhur tətbiqlər arasında Twitter, Netflix, Duolingo, Adobe tətbiqləri və Gameloft studiyasının oyunları var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)