main-post-cover

    Google Android tətbiqlər üçün təhlükəsizlik şərtlərini daha da sərtləşdirəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    01.04.2021
    Emil Nəcəfov
        Google şirkətinin fikrincə tərtibatçılar daha dürüst olmalıdırlar və öz rəqibləri ilə istifadəçilərini izləməməlidirlər. Google təmsilçilərinin sözlərinə əsasən yaxın zamanda Android əməliyyat sistemi tətbiqlərdən olan sorğuları bloklamaq funksiyasını əldə edəcək. Söhbət, smartfonda hansı tətbiqlərin quraşdırıldığını öyrənmək üçün nəzərdə tutulmuş sorğulardan gedir. Bu məhdudlaşdırıcı funksiya artıq 5 may tarixində qüvvəyə minəcək. İstifadəçinin smartfonunda hansı sayda tətbiqin quraşdırılmasından asılı olmayaraq Google şirkətinin fikrincə bu məlumat konfidensial xarakter daşıyır.
        Bu cür məlumat konkret istifadəçinin real üstünlüklərini əks etdirməklə yanaşı reklam və casusluq məqsədlərində istifadə oluna bilər. Android tərtibatçıları QUERY_ALL_PACKAGES adlı sistemə keçidi bloklamağı planlaşdırırlar. Qeyd etmək lazımdır ki, bu sistem vasitəsilə cihaza quraşdırılmış bütün tətbiqlərin axtarışı aparılır. Bu cür imkanı yalnız bəzi kateqoriyadan olan tətbiqlər üçün aktiv şəkildə saxlayacaqlar.
        Bu cür tətbiqlərə misal olaraq cihazların axtarılması, fayl menecerləri və veb brauzerlər kimi tətbiqləri gətirmək olar. Bundan əlavə olaraq Google heç istisna etmir ki, sözügedən sistemə müddətli keçid imkanı həmçinin maliyyə və bank tətbiqləri üçün də aktiv olacaq. Bu üsul ilə həmin tətbiqlər cihazlarda zərərli proqram təminatının olub-olmamasını yoxlaya biləcəklər. Qeyd etmək lazımdır ki, yeni qaydalar Android 11 və ondan sonra istifadəyə veriləcək versiyalar üçün hazırlanmış tətbiqləri əhatə edəcəklər.
    Linki kopyala