main-post-cover

    Google Android 12L adlı əməliyyat sistemini təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    27.10.2021
    Farid Pardashunas
        Smartfon istehsalçıları öz cihazları üçün Android 12-ni optimizasiya etdikləri bir vaxtda Google şirkəti heç gözlənilmədən Android 12L adlı yeni versiyanı təqdim edib. Google özü əslində bunu yeni versiya kimi deyil, Android 12-ni böyük ekranlı cihazlar üçün daha yaxşı edən xüsusi funksiya kimi qələmə verir. Başqa sözlə desək, Android 12L planşetlər, qatlana bilən smartfonlar və ChromeOS vasitəsilə çalışan noutbuklar üçün nəzərdə tutulub. Yəni əsas diqqət böyük ekranlı cihazlara ayırılıb. Android 12L adi smartfonlar üçün də keçərlidir. Lakin istifadəçi adi smartfonda Android 12 ilə Android 12L arasında heç bir fərq hiss etməyəcək.
        Buna baxmayaraq Google Pixel modelləri üçün Android 12L-in beta qeydiyyatı yaxın zamanda təqdim ediləcək. Beləliklə Android 12L-də əlavə multitasking alətləri və optimizasiya edilmiş istifadəçi interfeysi təqdim edilib. Bundan əlavə olaraq Android 12L standart olaraq böyük ekranlı cihazlarda tətbiqlərin xarici görünüşlərini yaxşılaşdırmalıdır. Google əsasən böyük ekranlı cihazlarda bildirişlərin, sürətli ayarların, bloklanmış ekranın və ana səhifənin görüntü üsullarını təkmilləşdirib. Android 12L-in sistem tətbiqləri də optimizasiya prosesindən keçiblər.
        Bununla yanaşı Android 12L-in taskbar hissəsi bir qədər iPadOS-i xatırladır. Ekranın iki hissəyə ayrılması rejiminə keçid prosesi daha da sadələşdirilib. Belə ki, bu rejimi işə salmaq üçün istifadəçi sadəcə olaraq rejimin ikonunu taskbar hissədən ekrana tərəf sürüşdürməli olacaq. Bu həmçinin o deməkdir ki, Android-də olan hər bir tətbiq ikili ekran rejimini dəstəkləyir. Android 12L-in ilkin versiyası artıq tərtibatçılar üçün aktivdir. Onun gələn ilin əvvəlində hamı üçün istifadəyə verilməsi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər