main-post-cover

    Galaxy A42 üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    07.12.2022
    Emil Nəcəfov
        Samsung şirkəti öz smartfonlarını Android 13 əməliyyat sistemi ilə təmin etmək prosesini davam etdirir. Bu dəfə Android 13-ün stabil versiyasını Galaxy A42 smartfonu əldə edib. Android 13-ün stabil versiyasını Galaxy A42-nin hələ ki, yalnız Cənubi Koreyadakı istifadəçiləri əldə ediblər. Lakin yaxın zamanda əməliyyat sistemi yenilənməsi Galaxy A42-nin digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. Qeyd etmək lazımdır ki, Android 13 ilə yanaşı Galaxy A42 smartfonu həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin noyabr ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini əldə edib.
    Linki kopyala