Bütün dünyada istifadə olunan ən məşhur Android versiyasının adı məlum olub

Bütün dünyada istifadə olunan ən məşhur Android versiyasının adı məlum olub

Əməliyyat sistemləri
23.11.2021 PAYLAŞIM

    Android Studio-nun məlumatlar bazasında Android əməliyyat sisteminin müxtəlif versiyalarının məşhurluqlarını əhatə edən yeni statistika ortaya çıxıb. Məlum olub ki, hal hazırda aktul olan Android versiyalarının istifadəçilər arasında yayılmaları çox ləng şəkildə reallaşır. Hələ 2018-ci ilin sonunda Google şirkəti müxtəlif Android versiyalarının bütün dünya üzrə istifadə statistikalarını dərc etməyə son qoymuşdu. Buna baxmayaraq Android Studio-da ortaya çıxmış hesabat istifadəçilərin Google Play-dən istifadələrinə əsaslanır və bu da öz növbəsində müxtəlif Android versiyalarının nə dərəcədə məşhur olduqları barəsində nisbətən dəqiq təvir yaratmağa imkan verir. Beləliklə statistikaya əsasən ən məşhur Android versiyası məhz Android 10-dur.


    Belə ki, o, cihazların 26.5%-nə quraşdırılıb. 14 ay bundan öncə istifadəyə verilmiş Android 11-in bu məsələdə göstəricisi 24.2% təşkil edir. Statistikaya əsasən Android 9 Pie cihazların 18.2%-nə, Android 8 Oreo 13.7%-nə, Android 7Android 7.1 Nougat isə 6.3%-nə quraşdırılıb. Təəssüflər olsun ki, yenicə istifadəyə verilmiş Android 12-nin statistikaları barəsində məlumat təqdim edilməyib. Cihazların 5.1%-i hələ də Android Marshmallow-dan, 3.9%-i Android Lollipop-dan, 1.4%-i isə Android KitKat-dan istifadə edir. Ən məşhur olmayan Android versiyası 9 il bundan öncə istifadəyə verilmiş Android Jelly Bean-dir. Belə ki, cihazların yalnız 0.6%-i hələ də bu əməliyyat sistemindən istifadə edir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Galaxy Fold 2 smartfonu üçün Android 13-ün stabil versiyası istifa..

Samsung şirkəti daha bir qatlana bilən smartfonu üçün Android 13-ün stabil versiyasını istifadəyə ve..


Samsung Galaxy A72 üçün Android 13-ün stabil versiyasını istifadəyə verib..

Samsung şirkəti Galaxy A seriyasının daha bir smartfonu üçün Android 13-ün stabil versiyasını istifa..


Samsung Galaxy A seriyasının smartfonları üçün yeni faydalı funksiya istifadəyə ..

Samsung şirkəti Galaxy A seriyasına daxil olan bəzi smartfonlar üçün yeni OneUI 5.0 istifadəçi inter..


Qatlana bilən Galaxy Flip 5G üçün Android 13 istifadəyə verilib

Qatlana bilən Galaxy Flip 5G smartfonunun istifadəçiləri yeni OneUI 5.0 istifadəçi interfeysinə sahi..


MIUI 14-ün yeni fotoları ortaya çıxıb

Keçən həftə Xiaomi şirkəti MIUI 14 istifadəçi interfeysini anons etmişdi. İndi isə internetdə sözüge..


Samsung Galaxy A71 üçün Android 13-ü istifadəyə verib

Samsung şirkəti öz smartfonlarını Android 13-ə kimi yeniləməyə davam edir.

×