main-post-cover

    Apple şirkəti RealityOS adlı yeni ticarət nişanını qeydiyyatdan keçirdib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    31.05.2022
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə tərtibatçılar App Store loqlarında RealityOS adlı əməliyyat sisteminin adını aşkar etmişdilər. Bu isə öz növbəsində Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı.üzərində çalışdığı barəsində son məlumatları daha da inandırıcı etdi. İndi isə məlumat ortaya çıxıb ki, Apple şirkəti RealityOS adlı ticarət nişanını qeydiyyatdan keçirdib. Bu isə Apple şirkətinin yeni məhsulu barəsində son çıxmış məlumatları təsdiqləyib və onun yaxın zamanda anonsuna işarə edir. Məlumata əsasən Realityo Systems adlı bilinməyən şirkət ABŞ-ın patentlər və ticarət nişanları təşkilatında RealityOS ticarət nişanını qeydiyyatdan keçirdib. Qeydiyyat tarixi kimi isə 8 dekabr 2021-ci il qeyd edilib.
        Daha sonra məlumat ortaya çıxdı ki, Realityo Systems adlı şirkət eyni ticarət nişanını həmçinin Braziliya, Uruqvay və Uqandu kimi digər ölkələrdə də qeydiyyatdan keçirdib. RealityOS ticarət nişanının hansısa təsadüfi şirkət tərəfindən qeydiyyatdan keçirilməsinə baxmayaraq çox güman ki, həmin şirkət Apple ilə əlaqəlidir. Apple həmişə anons olunmamış yeni məhsullarının gizliliklərinin yüksək səviyyədə təmin olunmasına böyük diqqət ayırıb. Məlumata əsasən Apple hələ təqdim edilməmiş məhsulları əhatə edən ticarət nişanlarının və patentlərinin qeydiyyatlarını reallaşdıran əlavə şirkətlərə sahibdir. Bu isə öz növbəsində yeni məhsul barəsində ola biləcək məlumat sızıntısı ehtimalını aşağı salmağa imkan verir. RealityOS çox güman ki, Apple şirkətinin yeni əməliyyat sistemidir və o, şirkətin gələcək artırılmış və qarışıq reallıq cihazlarında istifadə ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər