main-post-cover

    Apple qarışıq reallıq cihazı üçün nəzərdə tutulmuş əməliyyat sisteminin adını seçib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.12.2022
    Emil Nəcəfov
        Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti öz ilk qarışıq reallıq (AR+VR / Mixed Reality) cihazı üçün realityOS adlı əməliyyat sistemi üzərində çalışır. Verilmiş yeni məlumata əsasən isə şirkət hazırlanan əməliyyat sisteminin adını dəyişmək qərarına gəlib. Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple MR cihaz üçün nəzərdə tutulmuş əməliyyat sisteminin yeni və final adını artıq qeydiyyatdan keçirdib. Məlumatda qeyd edilib ki, Apple şirkətinin MR cihazı üçün nəzərdə tutulmuş əməliyyat sistemi xrOS adını əldə edəcək.
        Əməliyyat sisteminin adında olan xr hissəsi eXtended Reality kimi qələmə verilir. Yəni cihaz həm virtual reallığı (VR) həm də artırılmış reallığı (AR) dəstəkəyəcək. Təəssüflər olsun ki, xrOS barəsində hələ ətraflı bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, sözügedən əməliyyat sistemi Oak kod adına sahibdir. Onun xarici görünüşcə iOS-ə bənzəyəcəyi istisna deyil. Əməliyyat sisteminin çalışmasından şirkətin fərdi ARM prosessoru cavabdeh olmalıdır. Şirkətin ilk MR cihazına gəldikdə isə onun 2023-cü ilin birinci yarısında təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala