main-post-cover

    Apple öz cihazlarını casus proqram təminatlarından yeni bloklama rejimi vasitəsilə qoruyacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    07.07.2022
    Farid Pardashunas
        Apple şirkətinin verdiyi məlumata əsasən o, iOS əməliyyat sisteminə Lockdown Mode adlı rejim əlavə edəcək. Sözügedən rejim iPhone modellərini casus proqram təminatlarından əlavə qoruma ilə təmin edəcək. Sözügedən yeni rejim ilk növbədə tez-tez izlənmələrə məruz qalan hüquq müdafiəçiləri və müstəqil jurnalistlər üçün nəzərdə tutulub. İsraildən olan 2 şirkətin iOS-dəki sistem boşluğundan istifadə edərək istifadəçinin iştirakı olmadan uzaqdan iPhone modellərinin hack edilməsi üsullarını yaradandan sonra Apple sözügedən funksiyanın iOS-ə əlavə edilməsi qərarını verib. Nəticədə Apple Pegasus adı məşhur casus tətbiqinin yaradıcısı olan NSO Group şirkətini məhkəməyə verdi. ABŞ hökuməti isə öz növbəsində həmin şirkəti qara siyahıya daxil etdi. Apple tərəfindən hazırlanan Lockdown Mode rejimi bu ilin payız fəslində iPhone, iPad Mac modellərində istifadəyə veriləcək. Bu rejim aşağıdakı funksiyaları əldə edəcək:
    - Mesajlarda fotolardan başqa bütün faylların bloklanması və linklərin ön baxışlarının deaktiv edilməsi
    - Brauzerdə bəzi texnologiyaların deaktiv edilməsi. Məsələn JavaScript-in JIT kompilyasiyası. Lakin bəzi saytları fərdi şəkildə istisna etmək olar
    - Daxil olan dəvətlərin və servis sorğularının (FaceTime zəngləri daxil) bloklanması. Bu, dəvəti və ya servis sorğusunu daha öncə göndərməmiş istifadəçi tərəfindən edildikdə reallaşır
    - Lockdown Mode rejiminin aktiv olduğu iPhone-da kompüterə və ya başqa cihazlara naqil vasitəsilə qoşulma imkanının bloklanması
    - Cihazda istifadəçi hesabının (Apple ID) konfiqurasiyalarının yüklənməsinin və cihazın özünün müəssisələrin MDM sistemlərinə qoşulmasının bloklanması.
        Apple şirkəti bildirib ki, istifadəçinin iştirakı olmadan iPhone modellərinin uzaqdan hack edilməsi halları nadir rast gəlinir. Buna görə də istifadəçilərin çoxuna Lockdown Mode rejimi lazım olmayacaq. Bundan əlavə olaraq şirkət qeyd edib ki, Lockdown Mode rejimində sistem boşluğu əldə edə biləcək mütəxəssislər 2 milyon dollara yaxın mükafat əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər