main-post-cover

    Android oyunları rəsmi şəkildə Windows vasitəsilə çalışan kompüterlərdə oynamaq mümkün olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    10.12.2021
    Farid Pardashunas
        Böyük texnoloji şirkətlərin də təşkilatçılığı ilə keçirilən The Game Awards tədbiri çərçivəsində Google şirkəti vacib elan edib. Google Play Games servisinin direktoru olan Greg Hartnell-in sözlərinə əsasən 2022-ci ildə Android oyunları Windows əməliyyat sistemli kompüterlərdə işə salmaq mümkün olacaq. Google bildirib ki, bu, Microsoft ilə olan əməkdaşlıq nəticəsində əldə olunmayıb. Microsoft ilə razılaşaraq öz tətbiqlər mağazasını Windows 11-də işə salan Amazon-dan fərqli olaraq Google şirkəti müstəqil məhsul təqdim edəcək. Layihə barəsində məlumat hələ çox azdır. Lakin güman olunur ki, Android oyunları Windows əməliyyat sistemli kompüterdə işə salmaq üçün xüsusi tətbiqi yükləyib kompüterə quraşdırmaq lazım gələcək.
        Söhbətin Google Play Games-dən getdiyini nəzərə alsaq, həmin tətbiqdə Google istifadəçi hesabı vasitəsilə giriş etmək lazım olacaq. Google təmsilçisinin sözlərinə əsasən əgər istifadəçi hər hansısa Android oyununu mobil cihazında oynayıbsa və oyunda müəyyən yerdə qalıbsa, o, həmin oyunu kompüterdə işə salandan sonra qaldığı yerdən davam edə biləcək. Yəni bir platformanın yaddaşında saxlanılan oyun təcrübəsinə digər platformada geri qayıtmaq mümkün olacaq. Böyük ehtimal ilə ilkin mərhələdə istifadəçilər yalnız seçilmiş oyunları kompüterlərdə oynaya biləcəklər. Bu yeni imkanın yalnız Windows 11-də və ya həmçinin Windows 10-da da təqdim edilib-edilməyəcəyi bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər