main-post-cover

    Android-in yeni funksiyası tətbiqləri internet qoşulmasız digər istifadəçilərə göndərmək imkanını verəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    04.12.2020
    Farid Pardashunas
        Bu ilin yay fəslində Google şirkəti məlumatların sürətli mübadiləsi üçün Nearby Sharing funksiyasının beta testini iş salmışdı. Bu funksiya bir Android cihazdan digərinə sürətli foto, video və linklərin ötürülməsi imkanını verir. İndi isə Google şirkəti bu funksiyanın imkanlarının genişləndirdiyini elan edib. Belə ki, istifadəçilər digərləri ilə Google Play tətbiqlərini bölüşə biləcəklər. Bu barədə 4pda saytı xəbər verib. Google bu yeni özəlliyin texniki təfərrüatları barəsində məlumat verməyib. Lakin şirkət bildirib ki, bu özəllik yaxın zamanda təqdim olunacaq yenilənmənin vacib funksiyalarından biri olacaq.
        Beləliklə Nearby Sharing funksiyasının yenilənməsi ilə Android istifadəçiləri yaxınlıqda olan digər istifadəçilərə Google Play tətbiqlərini göndərə biləcəklər. Hətta Wi-Fi qoşulması və mobil şəbəkə olmasa da istifadəçilər bunu reallaşdıra biləcəklər. Məlumata əsasən Google Play-də My Apps & Games bölməsində Send Apps hissəsi istifadəyə veriləcək. Nearby düyməsinə klikləyəndən sonra istifadəçi yaxınlıqda yerləşən digər istifadəçini seçərək ona lazımi tətbiqi göndərə biləcək. Tətbiqi qəbul edəcək istifadəçinin cihazı isə Wi-Fi qoşulmasına və ya mobil şəbəkəyə sahib olmasa da göndərilmiş tətbiqi qəbul edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər