main-post-cover

    Android 14-də tətbiqlərin fon proseslərini köməkçi proqram təminatları vasitəsilə deaktiv etmək mümkün olmayacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    14.03.2023
    Farid Pardashunas
        XDA-Developers saytının keçmiş redaktoru Mishaal Rahman-ın sözlərinə əsasən Android 14 əməliyyat sistemində fon proseslərinin deaktivləşdirilməsi üçün nəzərdə tutulmuş tətbiqlər ilə mübarizə funksiyası istifadəyə veriləcək. Bir qayda olaraq bu cür tətbiqlərin alqoritmləri digər tətbiqlərin fon proseslərini deaktivləşdirmək imkanına sahibdirlər. Hesab edilir ki, bu öz növbəsində Android smartfonun daha sürətlə çalışmasına gətirib çıxarır. Lakin məlumata əsasən bu cür üstünlük qısa müddət üçün nəzərdə tutulub.
        Faktiki olaraq fon proseslərinin deaktivləşdirilməsi üçün nəzərdə tutulmuş tətbiqlər əməliyyat sistemini həmin proseslərin yenidən işə salınmasına məcbur edir. Bu isə öz növbəsində smartfonun performans göstəricilərinə və çalışma müddətinə təsir göstərir. Google bildirib ki, “killBackgroundProcesses” adlı API-dan istifadə edən proqram təminatları digər tətbiqlərin fon proseslərini deaktivləşdirə bilməyəcəklər. Android 14-dən başlayaraq əməliyyat sistemi hər hansısa digər tətbiqin iş prosesinin yekunlaşdırılması cəhdi halında xəta bildirişini əks etdirəcək. Bu isə əməliyyat sisteminin optimizasiyası üçün nəzərdə tutulmuş müxtəlif növ proqram təminatlarını lazımsız vəziyyətə gətirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər