Android 13-ün ikinci ictimai beta versiyası istifadəyə verilib: Hansı yeniliklər var?

Android 13-ün ikinci ictimai beta versiyası istifadəyə verilib: Hansı yeniliklər var?

Əməliyyat sistemləri
13.05.2022 PAYLAŞIM

    Google şirkəti Android 13 əməliyyat sisteminin ikinci ictimai beta versiyasını istifadəyə verib. İstifadəyə verilmiş Android 13 Beta 2 versiyası özündə bəzi yenilikləri birləşdirir. Yeniliklər əsasən interfeys dizaynını əhatə etsələr də, Google şirkətinin Android 13-də reallaşdırılacaq digər maraqlı funksiyalar ilə bağlı planları var. Android 13 Beta 2 artıq müxtəlif brendlərin smartfonları üçün istifadəyə verilib. Onların arasında Xiaomi, Google Pixel, OPPO, Vivo, ZTE, OnePlus, Nokia və s. smartfonlar var. Beta 2 özündə əsasən interfeysi əhatə edən kosmetik yenilikləri birləşdirir. Əməliyyat sisteminin yeni betasında reallaşdırılmış əsas yeniliklərdən biri də jest hərəkətlərinin proqnozlaşdırılması ilə bağlıdır.


    Belə ki, istifadəçi geri dönüş üçün nəzərdə tutulmuş sürüşdürmə jestini sona qədər yerinə yetirməsə, sistem istifadəçiyə bu hərəkətin hansı nəticəyə gətirib çıxardacağı barəsində məlumat verə bilər. Tərtibatçılar bloklanmış ekranda audioplayer interfeysini təkmilləşdirib, ayarlar menyusundakı bölmələr arasında keçid animasiyasını dəyişib və əməliyyat sisteminin interfeysinin tərtib olunması üçün daha çox standart rəng sxemini əlavə ediblər. Material You temalarının özəllikləri isə kənar tətbiqlər üçün də istifadəyə verlib. Şirkət həmçinin il ərzində Andorid 13-ə əlavə ediləcək yeni funksiyaları da anons edib.

    Beləliklə yeni əməliyyat sistemində konfidensiallıqla bağlı olan ayarlar daha da genişləndiriləcək. Belə ki, tətbiqlər hətta bildirişlərin göndərilməsi üçün də istifadəçidən icazə almalı olacaqlar. Bununla yanaşı istifadəçi tətbiqlərin hansı foto və videoları əldə edə biləcəklərini də təyin etmək imkanına sahib olacaq. Sistem menyusuna təhlükəsizlik ayarları ilə bağlı yeni səhifə əlavə ediləcək və həmin səhifədə istifadəçi məlumatlarının konfidensiallıqları ilə bağlı bütün məlumatlar əks olunacaq. Android 13 hər bir tətbiq üçün fərqli interfeys dilini təyin etmək imkanını verəcək. Daha bir yenilik isə qısa mesajların göndərilməsi protokolu olan RCS-in istifadəsi ilə qrup çatlarında mesajların şifrələnməsi olacaq. Android 13-ün final versiyasının payız fəslində istifadəyə verilməsi gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11-ə kimi yenilənmə imkanı artıq qlobal şəkildə istifadəyə verilib..

Microsoft şirkəti Windows 11 yenilənməsinin qlobal şəkildə işə salındığını elan edib.


Apple öz cihazlarının fiziki məhdudiyyətli istifadəçiləri üçün yeni faydalı funk..

Apple şirkəti iPhone, iPad və Watch modelləri üçün genişləndirilmiş yeni funksiyaları anons edib...


iOS 16-nı əldə edəcək iPhone modellərinin siyahısı internetdə ortaya çıxıb..

Apple şirkətinin təqdimata hazırlaşan iOS 16 əməliyyat sistemini əldə edəcək iPhone modellərinin siy..


Windows 11-i rəsmi Microsoft hesabı olmadan istifadə etmək mümkün olmayacaq..

Microsoft öz yeni əməliyyat sistemi olan Windows 11-ə tədricən müəyyən məhdudiyyətləri əlavə edir...


Google Chrome-un Android versiyası oğurlanmış şifrələri avtomatik dəyişmə funksi..

Məşhur Google Chrome brauzerinin mobil versiyası öz yaddaşında istifadəçinin bu və ya digər şifrəsin..


Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır..

iPad planşetləri güclü texniki özəlliklərə sahib olsalar da, onlar macOS əməliyyat sisteminin və ənə..

×