main-post-cover

    Android 13-ü əldə etməyəcək Xiaomi smartfonlarının siyahısı ortaya çıxıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    19.04.2022
    Emil Nəcəfov
        Xiaomi şirkəti adətən öz köhnə smartfon modelləri üçün də sistem yenilənmələrini təqdim etməklə məşhurdur. Lakin bu dəfə şirkət hələ aktual olan bəzi smartfonlar üçün Android 13-ü istifadəyə verməyi planlaşdırmır. Beləliklə şirkət 40-a yaxın smartfon modeli üçün Android 13-ü təqdim etməyəcək. Bu smartfonları əhatə edən siyahı internetdə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, ortaya çıxmış siyahı rəsmi deyil və nəticədə siyahıdakı bəzi smartfonlar Android 13-ü əldə edə bilərlər. Lakin bununla belə hələ ki, həmin smartfonlar Adnroid 13-ü əldə etməyəcək modellər arasında qeyd edilib. Siyahıda Xiaomi-dən əlavə olaraq həmçinin Redmi POCO smartfonları da mövcuddur. Beləliklə siyahı aşağıdakı kimidir:
    - Xiaomi: Xiaomi Mi 10, 10 Pro, 10 Ultra, 10T, 10T Pro, 10 Lite, 10 Youth, 10i, 10T Lite, Note 10 Lite
    - Redmi: Redmi K30 Pro, Pro Zoom, K30S, K30 Ultra, K30 4G / 5G, K30i, K30 Racing, 10A, 10C, 9, 9 Prime, 9T, 9 Power, Note 9, 9S, 9 Pro, 9 Pro Max, Note 9 4G, 5G, 9T 5G, Pro 5G
    POCO: POCO X3, X3 NFC, X2, M2, M2 Pro, F2 Pro.
    Linki kopyala